Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Lənkəran Dövlət Universiteti üçün yeni yataqxana binası tikilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lənkəran Dövlət Universiteti üçün yeni yataqxana binası tikilir

Üç min beş yüz nəfərə yaxın tələbə və magistrantın təhsil aldığı Lənkəran Dövlət Universitetində (LDU) 160 yerlik, beşmərtəbəli yeni yataqxana binasının tikintisinə başlanılıb.

 

Reklam_3_11

Yeni bina LDU-nun idarəçiliyinə verilmiş keçmiş peşə məktəbinə məxsus qəzalı binanın yerində tikilir.

 

Yaşayış sahəsi 1100 kvadratmetr olacaq yataqxana binasında tələbələrin normal istirahəti, asudə vaxtlarının təşkili üçün bütün şərait yaradılacaq. Burada kompüter otaqları, kitabxana, xidmət otaqları fəaliyyət göstərəcək.

 

Yataqxana binasının 2019-2020-ci tədris ilində tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulub.

 

Qeyd edək ki, hazırda LDU-da yalnız qız tələbələr yataqxana binasından istifadə edirlər. 50 nəfərlik qızlar yataqxanası 2016-cı ildə əsaslı şəkildə yenidən təmir olunub və burada tələbələrin yaşayışı, normal istirahəti üçün hər cür şərait yaradılıb, onların dərsə getmələri üçün ayrıca mikroavtobus da ayrılıb.

 

Hazırda ali təhsil müəssisəsində paralel olaraq iki yeni tədris korpusunun da tikintisi davam etdirilir.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Azərtac

16.10.2018 15:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ