Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Bu gün hərracda satılan dolların məbləği məlum oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün hərracda satılan dolların məbləği məlum oldu

Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə bu gün keçirdiyi valyuta hərracında kommersiya banklarına 50 mln. ABŞ dollarından çox vəsait satılıb.

 

Reklam_3_11

Bank dairələrindən aldığı məlumata görə, hərraca 35 mln. dollar vəsait çıxarılsa da sonradan tələbin çoxluğu nəzərə alınaraq bu həcm 16 mln. dollara yaxın artırılıb.

 

Bugünki hərracda satılan vəsaitin artırılması son bir neçə hərracda satışa çıxarılan valyutanın satılmaması nəticəsində yaranan qalıq valyuta hesabına təmin edilib: "Xatırladaq ki, son hərraclarda valyutaya tələbatın azalması nəticəsində 60 mln. dollardan çox vəsaitə qənaət edildiyi ehtimal olunur. Bu vəsaitdən növbəti hərraclarda da əlavə olaraq istifadə edilməsi mümkündür. Bu da o deməkdir ki, növbəti hərraclara nəzərdə tutulan 35 mln. dollardan başqa əlavə 45 mln. dollarlıq kütlə də çıxarıla bilər". 

 

Qeyd edək ki, ARDNF-in dolların orta illik məzənnəsini 1,75 AZN/USD səviyyəsində ehtimal etməsi amili nəzərə alınmaqla, valyuta hərraclarına ümumilikdə 3,5 mlrd. dollar və ya hər bir hərraca 35 mln. dollara yaxın vəsait çıxarması planlaşdırılır.

 

16 fevral 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,7351 səviyyəsində formalaşmışdır.

 

© Report

16.02.2017 15:09

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ