Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Gömrük elektron növbə sistemini təqdim etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Gömrük elektron növbə sistemini təqdim etdi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 16-da Dövlət Gömrük Komitəsində Estoniya mütəxəssisləri tərəfindən hazırlanan və bir sıra ölkələrin sərhədlərində tətbiq edilən “Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi” layihəsinin təqdimatı keçirilib.

 

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən "Marja"ya bildiriblər ki, təqdimat mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Estoniya Respublikasının müvəqqəti işlər vəkili xanım Mariya Tasa, Estoniya-Azərbaycan Ticarət Palatasının sədri xanım Jana Kumpe və layihəni hazırlayan şirkətin nümayəndəsi Marius Kutateladze, komitə sədrinin müavinləri, baş idarə rəisləri və komitənin əməkdaşları iştirak ediblər.

 

Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində də mütərəqqi islahatlar həyata keçirilir. Bu islahatların məqsədi beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, daxili istehsalın, ixrac və tranzit potensialının artırılması, vətəndaş məmnuniyyətinin maksimum səviyyədə təmin olunmasıdır. Qeyd edilib ki, gömrük sistemində aparılan və artıq birinci mərhələsi başa çatan islahatlar çərçivəsində informasiya texnologiyalarının tətbiqi hesabına bir sıra innovasiya layihələri həyata keçirilir. Əsas hədəflərdən birinin də gömrük-sərhəd keçid məntəqələrində elektron növbə sisteminin tətbiqi hesabına sıxlıqların aradan qaldırılması olduğunu deyən komitə sədri bu cür layihələrin ətraflı şəkildə öyrənilərək reallaşdırılmasının vacibliyini vurğulayıb.

 

Estoniya Respublikasının müvəqqəti işlər vəkili xanım Mariya Tasa və Estoniya-Azərbaycan Ticarət Palatasının sədri xanım Jana Kumpe ölkələrimiz arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyətindən məmnunluqla bəhs edərək gömrük sahəsindəki əməkdaşlığın və əlaqələrin daha da inkişaf etdirilməsinə şərait yaradacağını bildiriblər.

 

Daha sonra estoniyalı mütəxəssis Marius Kutateladze tərəfindən “Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi”nin təqdimatı keçirilib və “Növbələrin idarə olunması” adlı videoçarx nümayiş olunub.

 

Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

16.10.2018 19:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ