Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Dollar ilə bağlı nələr baş verdi? - GÜNƏ BAXIŞ

- Səhər saat 09:20-də Mərkəzi Bank Fevralın 16-na USD/AZN rəsmi məzənnəsini 1,7296 manat səviyyəsində açıqladı.

 

- Saat 10:00-dan başlayaraq banklarda Dolların alış və satış qiymətlərinin artdığı müşahidə olundu, Dolların satışı 1.82 manata çatdı. Qeyd edək ki, banklarda Dolların qiyməti ötən həftənin cümə günündən bəri qalxırdı.

 

 - Saat 12:00-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirildi. Hərracda manatın orta çəkili məzənnəsi 1,7351 manat səviyyəsində formalaşdı. Başqa sözlə, hərracda Dollar Manat qarşısında  0,3% möhkəmləndi.

 

- Hərracdan sonra da banklarda Dolların alış və satış məzənnələri qalxmaqda davam etdi. Dolların satışı 1.83-1.86 manat səviyyələrinə yüksəldi.

 

- Axşam saat 17:05-də Mərkəzi Bank 17.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsinin 1,7352 səviyyəsində müəyyən olunduğunu açıqladı . Bu səviyyə hərracdakı səviyyədən az da olsa yüksəkdir.

 

-Günortadan sona bu da məlum oldu ki, Dövlət Neft Fondu bu gün Mərkəzi Bankında keçirilən valyuta hərracına 50 milyon dollar məbləğində vəsait çıxarıb. Hərrac iştirakçıları çıxarılan valyutanın hamısını alıb.  

 

 RAHAT MEBEL KREDİTİ!

 

Qeyd edək ki, çoxları Dolların ucuzlaşmasının davam etməyəcəyini hesab edirdi və manatın bahalaşmasına inanmırdılar. Onlara görə, Manatın güclənməsi üçün iqtisadi səbəb yoxdur, bu, bir “oyundur”.

 

Əlavə edək ki, Fevralın 1-də Dollar/Manat rəsmi məzənnəsi 1.92 manat səviyyəsinə çıxmışdı. Həmin gün bəzi banklar Dolları 1.94-1.95 manata alıb, 1.99 manatdan baha satırdılar.

 

HYUNDAİ CRETA! KOMPAKT SUV-UN YENİ ULDUZU!

16.02.2017 18:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ