Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Sabah yeni turizm brendi və onun tanıdılması strategiyası təqdim ediləcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sabah yeni turizm brendi və onun tanıdılması strategiyası təqdim ediləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

18 oktyabr tarixində Dövlət Turizm Agentliyi tərəfindən Bakı Konqress Mərkəzində Milli Turizm Sammiti təşkil olunacaq. Sammitdə Azərbaycanın yeni turizm brendi ictimaiyyətə təqdim olunacaq.

 

Reklam_3_11

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, sammitin gündəliyində 3 əsas mövzu var: “Sammitdə dövlət orqanlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus təmsilçilərinin, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin, ümumilikdə 1500-dən çox nümayəndənin iştirakı gözlənilir. Tədbirdə Dövlət Turizm Agentliyinin və agentliyin tabeliyində olan Azərbaycan Turizm Bürosunun kollektivini təqdim edəcəyik.

 

Çalışdıq ki, dövlət başçısının tapşırıqlarını həyata keçirmək üçün dinamik, kreativ, enerji və yeni ideyalarla dolu gənclərdən ibarət bir komanda yığaq. Bu gənc komandanın əksəriyyət üzvlərinin təhsil səviyyəsi yüksəkdir, onlar xarici dövlətlərin turizm sahəsi üzrə qabaqcıl təcrübələri ilə tanışdırlar. Eyni zamanda, biz bu sahə üzrə mütəxəssis olan təcrübəli xarici ekspertləri də işə cəlb etmişik.

 

Sammitdə Azərbaycanın yeni turizm brendi təqdim olunacaq. Ölkə başçısının qərarı ilə turizm iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirildiyindən, o dövlət əhəmiyyətli sənaye sahəsi və biznesdir. Ölkə rəhbərliyi turizm sahəsinin inkişafına xüsusi diqqət ayırır. Məhz bu ticarət markası ilə yaxın illərdə ölkəmiz kompleks turistik məhsullar və xidmətlərlə bu sahədə öz yerini möhkəmləndirəcək. Bütün bunlar isə dövlətin büdcəsinin formalaşdırılmasına, əlavə iş yerlərinin açılmasına, əhalinin geniş kəsiminin gəlirlərinin artmasına kömək edəcək. Brend həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə hazırlanıb. İşin əsas hissəsi brendinq üzrə dünyaca tanınmış şirkət, uzun illər bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin, korporasiya və dünya miqyaslı tədbirlərin brendinqini həyata keçirən “Landor Associates” şirkəti tərəfindən hazırlanıb.

 

Tədbirdə brendin təşviqi konsepsiyasını, qlobal bazarlarda, eləcə də müxtəlif regionlar və ölkələrdə onun tanıdılması strategiyasını təqdim edəcəyik. Azərbaycana yaxın illərdə turistlərin cəlb edilməsi üçün 18 prioritet bazar müəyyən olunub. Bu ölkələr içərisində Körfəz ölkələri, Çin, Yaponiya, Koreya Respublikası, Qərbi Avropa ölkələri, İsrail, o cümlədən yaxın qonşularımız da var.

 

2018-ci ilin sonuna qədər Azərbaycanın artıq bir neçə ölkədə rəsmi turizm nümayəndəlikləri açılacaq. Bu proses 2019-cu ildə də davam edəcək. Bunlar sammitin əsas gündəliyinə daxil olan məsələlərdir”.

17.10.2018 06:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ