Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Atəşgah” 9 aylıq maliyyə məlumatlarını açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
 “Atəşgah” 9 aylıq maliyyə məlumatlarını açıqladı

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə məlumatlarını açıqlayıb.

 

Reklam_3_11

Qrupdan "Marja"ya daxil olmuş məlumata görə, şirkətlərin bu ilin ilk doqquz ayı ərzində topladığı sığorta haqlarının ümumi həcmi 70 mln. AZN təşkil edib.

 

“Atəşgah” Sığorta Şirkətinin cari ilin yanvar-sentyabr ayları üzrə sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,2% artaraq 28,6 mln. AZN təşkil etmişdir. Sığorta ödənişlərinin həcmi isə 14,7 mln. AZN təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% çoxdur.  

 

“Atəşgah” SŞ - nin 2018-ci ilin ilk doqquz ayı ərzində ən çox ödəniş etdiyi sığorta növləri tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur. Şirkətin tibbi sığorta üzrə ödənişlərinin həcmi 66,5% artaraq 3,7 mln. AZN, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi isə 11% artaraq 8,9 mln. AZN təşkil etmişdir.

 

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin  sığorta haqları isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 66% artaraq 41,4 mln. AZN təşkil etmişdir.

 

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb.

17.10.2018 08:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ