Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Avro Zonasında illik inflyasiya 2%-i aşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Avro Zonasında illik inflyasiya 2%-i aşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avropa Statistika Ofisinin (Eurostat) yaydığı yekun məlumatlara görə, 19 üzvlü Avro Bölgəsində avqustda 2% olan illik inflyasiya, sentyabrda 2,1%-ə qalxıb.  
 

"Marja" xəbər verir ki, Avro Bölgəsində sentyabr ayındakı inflyasiyanın əsas komponentlərinə nəzər saldıqda, illik inflyasiya 9,5% ilə ən çox enerjidə olub. Səbəb neft qiymətlərinin yüksəlməsidir. Enerjinin ardınca, 2,6% ilə qida, alkoqol və tütün məhsulları və 1,3% ilə xidmətlər yer tutur. Enerji xaric edildikdə isə illik inflyasiya 1,3 faiz olaraq qeydə alınıb.

Reklam_3_11

 

Avropa Birliyində (AB) isə illik inflyasiya avqusta ilə müqayisədə dəyişməyərək 2,2 faiz səviyyəsində olub.
 

AB-də sentyabrda ən aşağı illik inflyasiya 0,5 faiz ilə Danimarkada, 1,1 faiz ilə Yunanıstanda və 1,2% ilə İrlandiyada qeydə alınıb. Ən yüksək illik inflyasiyaya malik ölkələr isə 4,7% ilə Rumıniya, 3,7% ilə Macarıstan və 3,6 % ilə Bolqarıstan olub.
 
 
İllik inflyasiya, Avropa Mərkəzi Bankının (ECB) bütün Avro Zonası üçün hədəflədiyi "2%-ə yaxın" səviyyədən yüksəkdir.

 
Avro Zonasında pul siyasətini aparan ECB, regionda qiymət sabitliyini təmin etmək üçün qiymətli kağız alışı proqramı və aşağı faiz siyasətini də əhatə edən tədbirlər həyata keçirir.

17.10.2018 12:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ