Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana xaricdən yeni reklam qurğuları gətirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana xaricdən yeni reklam qurğuları gətirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) beynəlxalq təcrübəni nəzərdən keçirərək, dünyanın qabaqcıl ölkələrində istifadə olunan reklam konstruksiyalarının ölkəyə gətirilməsinə qərar verib.

 

Reklam_3_11

ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, indiyədək bu işi görməli olan reklam operatorları mövcud sahədə kifayət qədər iş görməyiblər:

 

"Nəticədə istifadədə olan bəzi reklam qurğuları yol hərəkəti iştirakçılarına maneçilik yaratmaq, təhlükəsizlik tələblərinə cavab verməməklə yanaşı, şəhərin estetik görünüşünə də xələl gətirib. Bu səbəbdən reklam sahəsinə aid beynəlxalq sərgilərdə iştirak edən ADRA əməkdaşlarının rəyi əsasında innovativ texnologiyalı daşıyıcıların Azərbaycana gətirilməsi qərara alınıb. Yeni reklam daşıyıcıları Bakının görkəmini gözəlləşdirməklə yanaşı, reklam ekosisteminin inkişafına da təkan verəcək. Görünüşcə daha cəlbedici olan yeni qurğular sifariş olunarkən paytaxtın, eləcə də bölgələrin iqlimi nəzərə alınıb. Belə ki, yeni reklam konstruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı, onların led ekranları və şüşələri də istənilən iqlim şəraitinə davamlıdır".

 

Məlumatda qeyd edilir ki, hazırda Bakıda 1000-dən çox ayrıca dayaqlı reklam daşıyıcısı var və onların mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur. Bu proses davam etdiriləcək, paytaxtla yanaşı ölkənin bütün şəhər və regionları da müasir standartlara cavab verən reklam qurğuları ilə təchiz olunacaq. Ekspertlər hesab edirlər ki, Azərbaycanın əksər ərazilərində yerləşdiriləcək yeni konstruksiyalar açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq və bu sahədə çalışan operatorlar arasında azad rəqabəti artıracaq.

17.10.2018 12:59

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ