Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycan günəş və külək enerjisi üçün ərəb şirkətilə sənəd imzaladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan günəş və külək enerjisi üçün ərəb şirkətilə sənəd imzaladı

Bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirmək məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti arasında fəaliyyət üçün çərçivə sənədi imzalanıb.

 

Nazirlikdən  bildirilib ki, sənədi Azərbaycan tərəfindən Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov, Birləşmiş Ərəb Əmirlikləri tərəfindən isə “Masdar” şirkətinin Şərqi Avropa, Mərkəzi Asiya və Rusiya üzrə baş direktoru Əhməd Əl Avadi imzalayıb.

 

Energetika Nazirliyi “Masdar” şirkəti ilə koordinasiyalı fəaliyyət və tərəfdaşlıq əsasında Dövlət Özəl Tərəfdaşlığı layihələri qismində bərpaolunan enerji (günəş və külək) layihələrinin inkişafı və təmiz enerji texnologiyaları ilə bağlı təcrübə mübadiləsi üzrə əməkdaşlıq edəcək. Bununla yanaşı, əməkdaşlıq külək və digər bərpaolunan enerji üzrə layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə fəaliyyətləri də əhatə edəcək.

 

Qeyd edək ki, “Masdar” bərpaolunan enerji və dayanıqlı şəhər inkişafı sahəsində böyük beynəlxalq şirkətdir. “Masdar” BƏƏ daxil olmaqla, İordaniya, Mavritaniya, Misir, Mərakeş, Böyük Britaniya, Serbiya və İspaniyada bərpaolunan enerji layihələri həyata keçirib.

17.10.2018 13:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ