Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Türkiyə bankının Azərbaycanda qazancı 2 dəfə azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə bankının Azərbaycanda qazancı 2 dəfə azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Ziraat Bank Azərbaycan” ASC 2018-ci ilin 9 ayını 1 milyon 604 min manat xalis mənfəətlə başa vurub. Müqayisə edək ki, Bank ötən ilin 9 ayını 3 milyon 157 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, “Ziraat Bank Azərbaycan”ın xalis mənfəəti 2 dəfə azalıb.

 

“Marja” Bankın maliyyə hesabatlarına isitnadən xəbər verir ki, müqayisə olunan dövrdə, Bankın faiz gəlirləri 8 milyon 306 min manatdan 9 milyon 596 min manata, qeyri-faiz gəlirləri isə 3 milyon 19 min manatdan 3 milyon 467 min manata yüksəlib.

 

“Ziraat Bank Azərbaycan”ın əməliyyat mənfəəti, gəlirlərin artması ilə bərabər xərclər artdığı üçün 4 milyon 525 min manatdan 4 milyon 358 min manata düşüb.

 

Bank 4 milyon 358 min manat əməliyyat mənfəətinin 2 milyon 516 min manatını kredit və depozit itkiləri üzrə ehtiyata ayırıb. Eyni zamanda, Bank 237 min manat mənfəət vergisi ödəyib.

 

Ötən ilin 9 ayında “Ziraat Bank Azərbaycan” 992 min manat ehtiyatlara ayırdığından daha çox xalis mənfəət əldə etmişdi. Bu il  ehtiyatlara ayırmaların artması Bankda kredit və depozit itkilərinin baş verəcəyi ehtimalının güclənməsidir.

 

AKTİVLƏR VƏ KREDİTLƏR ARTIB

 

30 Sentyabr 2018-ci il tarixində “Ziraat Bank Azərbaycan”  215 milyon 460 min manat cəmi aktivlərə (95 milyon 50 min manatı müştərilərə verilən kreditlər), 147 milyon 839 min manat cəmi öhdəliklərə və 67 milyon 621 min manat cəmi balans kapitalına malik olub.

 

30 Sentyabr 2017-ci il tarixində “Ziraat Bank Azərbaycan” 167 milyon 796 min manat cəmi aktivlərə (70 milyon 173 min manatı müştərilərə verilən kreditlər), 103 milyon 525 min manat cəmi öhdəliklərə və 64 milyon 271 min manat cəmi balans kapitalına malik idi.

17.10.2018 14:31

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ