Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“AzerTelecom” Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerTelecom” Türkmənistanda beynəlxalq sərgidə iştirak edib

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” cari ilin 10-12 oktyabr tarixlərində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkmentel 2018” 11-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisində iştirak edib.

 

“AzerTelecom” şirkətinin Baş İcraçı Direktoru Fuad Allahverdiyevin bildirdiyinə əsasən, şirkətin sərgidə iştirak məqsədi telekommunikasiya xidmətlərinin Türkmənistanda sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim edilməsi, texnoloji yeniliklərlə tanışlıq, eləcə də şirkətin beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi olub.

 

Sərgi zamanı Fuad Allahverdiyev şirkətin stendini ziyarət edən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin Quluzadə, Rusiya Federasıyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Naziri Konstantin Noskov, Türkmənistan Respublikasının Nazirlər Kabinetinin sədrinin Nəqliyyat və Rabitə məsələləri üzrə müavini Mammetxan Çakiev və Rabitə Naziri Bayramgeldi Ovezov və digər qonaqlarla görüşərək “AzerTelecom” şirkəti, təqdim etdiyi xidmətlər və perspektiv layihələr barədə məlumat verib.

 

“Sərgi zamanı müxtəlif yerli və xarici şirkətlərin rəhbərləri və nümayəndələri ilə faydalı fikir mübadiləsi apardıq, gələcək əməkdaşlıq istiqamətlərini müzakirə etdik. “Türkmentel 2018” sərgisində iştirak Orta Asiyada telekommunikasiya və yüksək texnologiyalar sahələrinin hansı istiqamətdə inkişaf etdiyini anlamaq, yeni tərəfdaşlıq əlaqələrini qurmaq və potensial layihələrin müzakirəsi baxımından faydalı oldu” -  deyə baş icraçı direktor qeyd edib.

 

Sərgi çərçivəsində həmçinin Türkmənistanın müxtəlif telekanallarına və qəzetlərinə AzerTelecom şirkətinin xidmətləri və sərgidə iştirakı barədə ətraflı müsahibələr verilib.

 

Sayca 11-ci olan “Türkmentel 2018” sərgisində Sony, Huawei, Samsung, Nokia, Space Systems International Monaco, Türksat, Airbus, Iskratel, Thales, Lenovo, Rostelecom, Polar Power, Gospel kimi dünyaca tanınmış şirkətlər xidmətlərini və məhsullarını təqdim ediblər.

 

Qeyd edək ki, AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

17.10.2018 14:51

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ