Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Kaşıkçıya görə Səudiyyə Ərəbistanından uzaqlaşmaq istəmirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Kaşıkçıya görə Səudiyyə Ərəbistanından uzaqlaşmaq istəmirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Tramp, itkin düşmüş səudiyyəli jurnalist Cemal Kaşıkçı ilə bağlı daha bir açıqlama verib.
 

"Marja" xəbər verir ki, ABŞ Prezidenti, "Kaşıkçı hadisəsinə görə Səudiyyə Ərəbistanından uzaqlaşmaq istəmirik. Terrorizmlə mübarizədə və İran məsələsində Səudiyyə Ərəbistanına ehtiyacımız var",- ifadələrini istifadə edib.
 

Reklam_3_11

Tramp, "Kaşıkçı hadisəni unutmaq niyyətində deyiləm. Əgər varsa, Türkiyədən səs və görüntüləri istəmişik" deyib.

 

ABŞ-ın xarici işlər naziri Mike Pompeo da mövzu ilə bağlı açıqlama verib. Pompeo, ABŞ-ın məsələni ciddi şəkildə izlədiyini söyləyib.
 

Pompeo, Kaşıqçının öldürüldüyünə dair səs yazıları olduğu iddiaları ilə bağlı, "Bunun haqqında söyləyəcək bir sözüm yoxdur" şəklində cavab verib.
 

ABŞ-ın xarici işlər naziri, "Bir ölkə qanunsuz bir iş görürsə, bu qəbul edilməzdir. Belə bir hərəkəti heç kim müdafiə etməyəcək. Nə olduğunu sadə açıqlamalıdırlar" ifadələrini istifadə edib.

 

"Səudiyyə şahzadəsi konsulluqdakı hadisə ilə bağlı məlumatı olmadığını söylədi"
 
 
Donald Trump, "Twitter" hesabından verdiyi başqa bir açıqlamada bildirib:
 
"Az əvvəl Səudiyyə Ərəbistanının Vəliəhdi ilə danışdım və Türkiyədəki konsulluq binasında baş verənlərə bağlı heç bir məlumatı olmadığını dedi. Bin Salman, telefon danışığı zamanı xarici işlər naziri Mike Pompeo ilə birlikdəydi. Bu barədə araşdırmanı tamamlamaq üçün sürətli çalıdıqlarını bildirdi. Cavablar qısa müddət ərzində veriləcək".

17.10.2018 19:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ