Arıçılardan nişan təklifi
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycanda yerli damazlıq arı sortlarının artırılması üçün “Arıçılıq haqqında” qanuna müəyyən dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, nazir İnam Kərimovla görüşən Azərbaycan Arıçılar Assosiasiyanın üzvləri arıçılığın inkişafına dəstək verən 10-dan çox təklif səsləndiriblər. Arıçılar arıçılıq üçün lazım olan yeşiklərin, pətəklərin, taraların Azərbaycanda istehsalının təşkilini, arılar üçün dərmanların gətirilməsi, arıçılıq üçün xüsusi laboratoriyanın qurulması, arı xəstəliklərinə qarşı mübarizə işinin təşkili, arıçılar üçün təlimlərin keçirilməsi kimi məsələri təklif ediblər.
Arıçıların təklif etdiyi əsas məsələlərdən biri də arı yeşiklərinin gəzdirilməsi zamanı nəqliyyat vasitələri üçün xüsusi şəraitin yaradılmasını, belə maşınlara xüsusi yol nişanlarının verilməsi, onların təhlükəsizliyinin təmini olub:
"Arıçıların arı yeşiklərini daşıması üçün maşının konstruksiyasında müəyyən qədər dəyişikliklərin edilməsinə ehtiyac yaranır. Bu halda da həmin maşınlara xüsusi nişanların verilməsi məsələsi gündəmə gəlir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 51 d. əvvəl
-
54 d. əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
2 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
4 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl