Qəbələli arıçı Türkiyədən dəvət alıb
Qəbələli arıçı Türkiyədə keçiriləcək bal festivalına dəvət alıb
Bizim nəslimiz arıçılıqla məşğul olub. Mən də ailəmizin arıçılıq ənənələrini davam etdirirəm. 170 arı ailəsinə qulluq edir, hər arı pətəyindən orta hesabla 10-12 kiloqram bal süzürəm.
Bu sözləri Bakıda keçirilən arıçılıq məhsullarının 19-cu sərgi-satış yarmarkasının iştirakçısı, Qəbələnin Kötüklü kənd sakini Səbuhi Nəbiyev deyib.
Qəbələli arıçı həm “Boz Qafqaz”, həm də “Karnika” arı cinslərini bəsləyir. Deyir ki, Qəbələ ölkəmizin turizm mərkəzi olduğu üçün “Qəbələ bal evi” yaradıb. Kəndləri rayon mərkəzindən 25 kilometr aralıda yerləşdiyinə görə, belə bir bal evinin yaradılması bal məhsullarını xarici turistlərə təqdim etmək üçün geniş imkanlar yaradır. Məqsəd isə xarici qonaqlara saf, təmiz Qəbələ balı təqdim etməkdir. Səbuhi Nəbiyev istehsal etdiyi arı məhsulunu brendləşdirmək və müasir qablaşdırmada təqdim etmək niyyətindədir.
O, arı yeşiklərini yay mövsümündə Qəbələnin cənubuna, Ağdaşın Savalan kəndinə, havalar istiləşəndə isə Şahdağ ətrafına aparır.
“Qəbələ balının tərkibi qanqal, qaratikan, cökə, yemişan, böyürtkən, şabalıd, akasiya və baldırğan nektarından ibarətdir”, - deyən yarmarka iştirakçısı bu ildən başlayaraq arıçılığa subsidiya ayrılmasını alqışlayır: “Arıçılara subsidiyaların verilməsi müsbət addımdır. Bu subsidiyalar bizə 50 əlavə pətək almağa, arı ailələrinin sayını artırmağa imkan verəcək”.
Səbuhi Nəbiyev Türkiyədə keçiriləcək bal festivalına da dəvət alıb: “Oktyabrın ikinci yarısında Türkiyənin Fəthiyyə bölgəsində keçiriləcək “Çam balı” festivalına dəvət almışam. Biz belə festivallarda arıçılıq sahəsındəki yeniliklər və texnologiyalarla tanış oluruq. Türkiyəli həmkarlarımız şabalıd balına çox maraq göstərirlər. Festivala nümunə üçün məhz şabalıd balını aparmaq, orada nümayiş etdirmək istəyirəm”.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
5 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 5 saat əvvəl
-
6 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 6 saat əvvəl
-
8 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 8 saat əvvəl
-
8 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
8 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir