Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ Çini "valyuta manipulyatoru" elan etmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Çini "valyuta manipulyatoru" elan etmədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Xəzinə Nazirliyi, Çin də daxil olmaqla ölkənin mühüm ticarət tərəfdaşlarının valyuta manipulyasiyası etmədiyini açıqlayıb.

 

"Marja" xəbər verir ki, Nazirlik, hər 6 aydan bir çap olunan "ABŞ-ın Mühüm Ticarət Tərəfdaşlarının Makroiqtisadi və Valyuta Məzənnəsi Siyasəti" hesabatının Oktyabr 2018-ci il sayını dərc edib.

 

Çin, Meksika, Yaponiya, Almaniya, İtaliya, Hindistan, Cənubi Koreya, Tayvan, İsveçrə, Fransa, Kanada, İngiltərə və Braziliya olmaqla 13 ölkənin siyasətlərini təhlil edən hesabat, Çinin, pul vahidi yuanın dəyərində baş verən ucuzlaşmaya görə "valyuta manipulyatoru" kimi səciyyələndirməsi iddialarını boşa çıxardıb.
 

Buna qarşı, Çinin valyuta kursuna dair fəaliyyətlərinin şəffaf olmadığını tənqid edən hesabatda, "Yuanda son dövrdə yaşanan dəyər itkisi Çinin ABŞ qarşısındakı ticarət artığını (profisitini) yəqin ki, böyüdəcək. ABŞ Xəzinəsi, Çinin manipulyasiyadan uzaq durmağa qarşı sözünə sadiq qalmasına və valyuta məzənnəsinə rəqabətə davamlı səbəblərlə müdaxilə etməməsinə böyük əhəmiyyət verir" ifadələrinə yer verilib.

18.10.2018 08:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ