Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Neft ABŞ-dan gələn xəbər ilə ucuzlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft ABŞ-dan gələn xəbər ilə ucuzlaşır

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 6,5 milyon barel (1,6 faiz) artımla 416,4 milyon barelə qalxdığını açıqlayıb. Bazar gözləntisi ehtiyatların 1,6 milyon barrel artacağı istiqamətində idi. Xam neft ehtiyatları ötən həftə 6 milyon barrel artmışdı.
 

"Marja" xəbər verir ki, kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları ötən həftə 1,1 milyon barrel (0,2 faiz) azalaraq 657,6 milyon barrelə enib.
 

ABŞ-ın benzin ehtiyatları da keçən həftə 2 milyon barrel (0,9 faiz) azalma ilə 234,2 milyon barelə düşüb. Benzin ehtiyatlarına dair bazar gözləntisi 1,1 milyon barrel azalma olması istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 1 milyon barrel artmışdı.
 

 
ABŞ-ın xam neft idxalı ötən həftə bir əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 218 min barel artımla 7,6 milyon barelə qalxıb, ixracı isə gündəlik orta hesabla 794 min barrel azalma ilə 1,78 milyon barrelə enib.


 
XAM NEFT HASİLATI 40 HƏFTƏNİN 7-SİNDƏ AZALIB

 

Ölkənin xam neft hasilatı keçən həftə əvvəlki həftəyə nisbətən gündəlik orta hesabla 287 min barrel azalaraq 10,9 milyon barrel səviyyəsində reallaşıb. Bu dövrdə gündəlik orta hesabla xam neft hasilatı ölkənin Alyaska ştatında 13 min barrel artıb, digər əyalətlərdə isə 300 min barel azalıb. Beləliklə, ABŞ-ın xam neft hasilatı son 40 həftədə 7 dəfə azalma göstərmişdir.


 
 EIA-nın  "Oktyabr 2018" hesabatında, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 10,7 milyon barrel, gələn il isə 11,8 milyon barrel olacağı ehtimal edilir.


 
NEFT UCUZLAŞIR - 80 DOLLARDAN AŞAĞI DÜŞDÜ
 

ABŞ-ın satış məqsədli xam neft ehtiyatlarındakı artımın ardından qlobal bazarda xam neftin qiymətləri aşağı düşüb.
 

Brent növü xam neftin barrel qiyməti 79,22 dollara qədər, ABŞ-ın Qərbi Texas (WTI) növü xam neftin barrel qiyməti də 69,44 dollaradək geriləyib.

18.10.2018 09:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ