Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Daha 7 nəfər torpağın təyinatına zidd istifadəsi ilə bağlı cərimələnib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Daha 7 nəfər torpağın təyinatına zidd istifadəsi ilə bağlı cərimələnib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bəzi vətəndaşlar tərəfindən torpaqlar bilərəkdən və ya bilmədən təyinatı üzrə istifadə olunmur. Qanunu bilməmək isə məsuliyyətdən azad etmir. Həmin mülkiyyətçilər İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələnir, barələrində müvafiq tədbirlər görülür.

 

Reklam_3_11

Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq sahələrinin təyinatı üzrə istifadəsi, ərazilərin zəbt olunması və hasarlanması, münbit qatının korlanmasının qarşısının alınması ilə bağlı monitorinqlərini davam etdirir. Aparılan reyd nəticəsində daha 7 şəxs cərimələnib. 

 

Məlum olub ki, Xaçmaz rayon sakini Həsən Zeynalov qanunsuz olaraq pay torpağının təyinatını dəyişib. Bununla da kənd təsərrüfatı təyinatlı torpağın münbit qatı korlanıb. Eyni zamanda həmin ərazidə qeyri qanuni tikinti işlərinin aparılması faktı müəyyən edilib. Bununla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol  yazılıb və 1000 manat cərimə olunub.

 

Analoji hadisə Şamaxı rayonunda da aşkar edilib. Belə ki, rayonun Avaxıl bələdiyyəsinin ərazisində Yunis Qədimbəyli kənd təsərrüfatı təyinatlı pay torpağında qeyri-qanuni tikinti işləri həyata keçirib. Bu isə həmin torpağın münbit qatının korlanmasına, yararlılıq dərəcəsinin aşağı düşməsinə səbəb olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol  yazılıb və 1000 manat cərimə edilib. Hər iki qanunpozuntusu üzrə torpaqla bağlı qeyri-qanuni istifadə halı dayandırılıb.

 

Lənkəran rayonu, Liman şəhəri ərazisində Şahmar Məlikov tərəfindən torpaq sahəsinin qazılaraq münbit qatının korlanması halı aşkar edilib. Həmin şəxs barəsində inzibati  protokol yazılaraq 600 manat cərimə tətbiq edilib.

 

Yuxarıda qeyd edilənlərlə yanaşı daha bir neçə nəfər də cərimələnib, barələrində müvafiq tədbirlər görülüb.

 

Belə tədbirlərin nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması təmin olunur. Təyinatına zidd istifadədə olan torpaqlar qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilir.

 

Qeyd edilməlidir ki, torpaq qanunvericiliyinin tələblərinin pozulmasına qarşı həyata keçirilən inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə  maarifləndirmə və izahat işləri aparılır.

 

Əmlak Məsələləri Dövlət Komitəsi gündəlik olaraq torpaqların istifadəsi və mühafizəsi ilə bağlı monitorinqlərini davam etdirəcək.

18.10.2018 09:35

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ