Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Sement istehsalında böyük artım davam edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Sement istehsalında böyük artım davam edir

2018-ci ilin 9 ayı ərzində tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 32,2 faiz artaraq 448,5 milyon manat təşkil etmişdir.

 

Reklam_3_11

“Marja” xəbər ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hörmə üçün hazır beton qarışığının istehsalı 2,1 dəfə, sementin istehsalı 21,7 faiz, tikinti kərpicinin istehsalı 6,8 faiz artmış, tikinti əhənginin istehsalı 1,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 41,2 faiz, tikinti gipsinin istehsalı 46,4 faiz azalmışdır.

 

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-sentyabr aylarında 571,3 milyon manatlıq məhsul istehsal olunmuş, metallurgiya sənayesində 15,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 7,4 faiz artım müşahidə olunmuşdur.

 

Yanvar-sentyabr ayları ərzində sahə üzrə 243,9 min ton (37,1 faiz çox) armatur, 7 528,2 ton (12,8 faiz çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 605,3 ton (16,3 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1 108,8 ton (11,0 dəfə çox) mayelər üçün çənlər, sisternlər istehsal edilmişdir.

18.10.2018 11:20

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ