Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

“Bank BTB”nin xalis mənfəəti 2 milyon manatı ötüb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Bank BTB”nin xalis mənfəəti 2 milyon manatı ötüb

2018-ci ilin III rübündə “Bank BTB” ASC-nin aktivlərinin həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 21,44% artaraq 302 milyon 776 min manat təşkil edib. Hesabat dövründə bankın xalis kredit portfeli 36,4% artaraq 169 milyon 299 min manat olub.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, son bir ildə “Bank BTB”nin depozit portfeli əhəmiyyətli dərəcədə - 69,2% artaraq 88 milyon 304 min manata yüksəlib. Hesabat dövrünün sonuna bankın cəmi öhdəliklərinin həcmi 246 milyon 188 min manat təşkil edib.

 

Bu il “Bank BTB”nin nizamnamə kapitalı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 28% artaraq 66 milyon 450 min manata, məcmu kapitalı isə 6% artaraq 56 milyon 291 min manata bərabər olub.

 

Hesabat dövrünün sonuna bankın gəlirləri 18 milyon 490 min manat, xərcləri isə 17 milyon 400 min manat təşkil edib. “Bank BTB” bu ilin III rübünə 2 milyon 182 min manat xalis mənfəətlə yekun vurub.

 

“Bank BTB”nin İdarə Heyəti sədrinin müavini Rüfət Abbasov hesabat dövrünün sonuna maliyyə göstəricilərini şərh edərkən bankın bütün istiqamətlər üzrə dinamik inkişaf nümayiş etdirdiyini qeyd edib.

 

“Əldə etdiyimiz nəticələr nəinki bankın əməkdaşlarının uğurlu komanda fəaliyyətinin, həm də müştərilərin bizə göstərdiyi yüksək etimadın göstəricisidir. Müştərilərlə iş prosesində rəhbər tutduğumuz əsas dəyərlər etibarlılıq, şəffaflıq və onların məmnuniyyətidir. Əminəm ki, bankımız dinamik inkişafını bundan sonra da davam etdirəcək və bu illər ərzində müştərilərimizlə aramızda yaranan yaxşı münasibətlər gələcəkdə qarşılıqlı uğurumuzun təminatçısı olacaq,” – deyə R. Abbasov bildirib.

18.10.2018 12:41

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ