"NBC Bank”ın baş sponsor olduğu müsabiqə başa çatdı – QALİBLƏR MƏLUM OLDU

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunun "NBC Bank" ASC-nin baş sponsoruğu ilə gənc iqtisadçı tədqiqatçılar arasında keçirdiyi elmi məqalə müsabiqəsi başa çatıb.

 

Marja” xəbər verir ki, 18 Oktyabr 2018-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında təşkil edilmiş tədbirdə qaliblərin adları açıqlanıb.

 

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti  Akif Əlizadə, İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, Çin Xalq Respublikasının və Gürcüstan Respublikasının Milli Elmlər Akademiyaların üzvləri, “NBC Bank”ın Müşahidə Şurasının sədri Fuad Qənbərov, “NBC Bank”ın Baş direktoru Qasım Əliyev iştirak ediblər.  

 

Münsiflər heyətinin qərarına görə, 1-ci yerə AMEA İqisadiyyat İnstitutunun şöbə müdiri Leyli Allahverdiyeva “Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxiləsi və turizmin inkişafı” adlı məqaləsinə görə layiq görülüb.

 

2-ci yerə “Xəzər” Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Şəhriyar Muxtarov və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Şahin Əkbərov layiq görülüblər.

 

3-cü yer üzrə isə AMEA İqtisadiyyat İnstitutunun elmi işci Ceyhun Hüseynov və Azərbaycan Dövlət  Neft və Sənaye Universitetindən Şəhzadə Mədətova qaliblər elan ediliblər.

 

Müsabiqənin qaliblərinə fəxri diplomlar və pul mükafatları təqdim olunub. “NBC Bank” tərəfindən birinci yerin qalibinə 1500 manat, ikinci yerin qaliblərinin hər birinə 1000 manat, 3-cü yerin qaliblərinin hər birinə isə 500 manat mükafat təqdim olunub.

 

Qeyd edək ki, müsabiqə AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbirləri çərçivəsində, ölkənin müxtəlif elmi-tədqiqat müəssisələrində və ali məktəblərində çalışan gənc iqtisadçı tədqiqatçıların elmi fəaliyyətlərini stimullaşdırmaq məqsədilə keçirilib.
 

Ad, soyad

Həmmüəllif

Məqalənin adı

İşlədiyi, tehsil aldığı yer

Təvəllüdü

Leyli Allahverdiyeva 1- ci yer

 

Dövlətin iqtisadiyyata modelyaradıcı müdaxiləsi və turizmin inkişafı

AMEA İqisadiyyat İnstitutu, şöbə müdiri

16.04.1984

Şəhriyar Muxtarov

2-ci yer

Ceyhun Mikayılov, Ceyhun Məmmədov, Elvin Məmmədov

The Impact of Financial Development on Energy

Consumption: Evidence from an Oil-Rich Economy

“Xəzər” Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, müəllim

23.03.1987

Şahin Əkbərov 2-ci yer

 

 Antecedents of Customer Based Brand Equity-Research in Azerbaijan

Azərbaycan Dövlət İqtisad Universiteti müəllim

25.11.1983

Mirvari Qəzənfərli

3-cü yer

Musayeva A. A, Musayev T.M.  and Gazanfarli M

Evaluation of the Impact of the Changing the term of Tax Liability Performance on Tax Receipts by Minmax Composition Method

 

AMEA İqisadiyyat İnstitutu

22.03.1992

Ceyhun Hüseynov

3-cü yer

Səbinə ŞIXƏLİYEVA, PhD AMEA İqtisadiyyat İnstitutu

MİNİMUM ƏMƏK HAQQI VƏ İŞSİZLİK

AMEA İqtisadiyyat İnstitutu, elmi işci

15.05.1989

Şəhzadə Mədətova

3-cü yer

Akif Musayev, and Samir Rustamov

Mamdani-Type Fuzzy Inference System

for Evaluation of Tax Potential

Azərbaycan Dövlət  Neft və Sənaye Universiteti

17.04.1986

18 Oktyabr 2018 , 15:18   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin