Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

"Azərsığorta"dan iddialara münasibət

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərsığorta"dan iddialara münasibət
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Sığorta Komersiya Şirkəti ("Azərsığorta") bəzi şəhid hərbi qulluqçu ailələrinin sığorta ödənişlərini almamaları ilə bağlı iddialarına münasibət bildirib.

 

Reklam_3_11

Şirkətdən  bildirilib ki, 1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə həmin dövrdə olan “Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında” Qanuna əsasən Dövlət Sığorta Şirkəti tərəfindən 50.000-200.000 manat məbləğində sığorta ödənişi həyata keçrilib: "Vətəndaşlar yaşadıqları ünvan üzrə Dövlət Sığorta Şirkətinin rayon (şəhər) filiallarına ərizə, ölüm haqqında şəhadətnamə, hərbi komissarlıq tərəfindən verilən hərbi xidmətdə olmalarını təsdiq edən sənədlərini təqdim etdikdən sonra Şirkətin rayon (şəhər) filiallarınnın müvafiq arayışı əsasında rayon notarial kontorlarında Vərəsəlik haqqında Şəhadətnamə alınıb şirkətə təqdim edilirdi. Qeyd olunan dövrdə 2917 nəfər hərbi qulluqçularının varisinə sıgorta ödənişi hesablanaraq onların yaşadığı rayon və şəhərdə Əmanət bankındakı hesablarına köçürülüb.

 

Vərəsəlik hüququnu təsdiq edən Şəhadətnamədə müəyyən edilmiş varisə və yaxud vərəsələrə öz istəkləri ilə adlı çeklə bankdan pulu almaq və yaxud Əmanət Bankında olan hesaba köçürməklə ödənilirdi (həddi-buluğa çatmamış varis uşaqların adlarına sığorta ödənişi Əmanət Bankına köçürülürdü)".

 

Şirkətin açıqlamasına əsasən, aparılmış araşdırmalarla müəyyən edilib ki, yuxarıda qeyd olunan sığorta ödənişi məbləğləri hərbi qulluqçuların varislərinin adlarına Əmanət Bankında olan hesablarına köçürülüb: "Belə ki, Neftcala, Kəlbəcər, Suraxanı, Nərimanov və digər rayon filiallarında şikayətçi vətəndaşlara sığorta ödənişi məbləğlərinin ödənilməsi faktı öz təsdiqini tapıb. Belə ki, Neftçala rayonundan şəhid olan İsmayılov Möhübbət İmanverdi oğlunun, Rəcəbov Rəvan Abdulrza oğlunun, Kəlbəcər rayonundan Şərifov Zaur Faiq oğlunun, Bayramov Xalis Sultanəli oğlunun, Qədimov Azər Baris oğlunun, Nərimanov rayonundan Xamoyev Fərman Teymur oğlunun, Həsənov Asif Dadaş oğlunun, Əhmədov Etibar Hümbət oğlunun, Zaqatala rayonundan şəhid Hüseyn Allahyarovun anası Sərvinaz Allahyarova və sair varislərin adlarına adlı çeklə və Əmanət Bankına köçürmə yolu ilə sığorta ödənişi məbləğlərinin ödənilməsi tərəfimizdən sübuta yetirilib".

 

Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə aydınlıq gətirmək üçün öz növbəsində araşdırma aparıb və şikayətçi vətəndaşların sığorta ödənişi almaları barədə Respublika Baş Notarial kontorunun arxivində həmin şəhid ailələrinin varislərinə verilmiş vərəsəlik şəhadətnamələrini aşkar edib: "Belə ki, şəhid Rzayev Nəsimi Məcid oğlunun, Şərifov Zaur Faiq oğlunun, Bayramov Xasil Sultanəli oğlunun, Musayev Zahid Daşqın oğlunun, Mehdiyev Taleh Teymur oğlunun, Xamoyev Fərman Teymur oğlunun, Abışov Məhərrəm Qubad oğlunun, Həsənov Asif Dadaş oğlunun, Qədimov Musa Əziz oğlunun, İsmayılov Möhübbət İmanverdi oğlunun, İbrahimov Əmir Əsgər oğlunun, Ağabalayev Atabala Sərmağa oğlunun, Tağıyev Həmid Bəhmən oğlunun varislərinə sığorta ödənişinin verilməsi üçün vərəsəlik haqqında şəhadətnamələrin surətləri Əmək və Sosial Müdafiəsi Nazirliyin əməkdaşları tərəfindən Baş Notarial Kontorunun arxivindən alınıb ki, bu da həmin şəxslərin varislərinə sığorta ödənişlərinin verilməsini təsdiq edir.

 

Şirkətə və digər təşkilatlara müraciət edən vətəndaşlara Şirkətin kompüter proqramları 1991-97-ci illərdə sığorta məbləğinin ödənilmiş hərbi qulluqçuların soyadı, adı, atasının adı, sığorta məbləğinin ödəmə tarixi barədə məlumatlar verilir. Beləliklə bir sıra şikayətçi vətəndaşlar Dövlət Sığorta Şirkətindən o vaxtlar sığorta ödənişi almaları sübuta yetrilərək iddaıarın əsasız olduğu müəyyən edilib.

 

Hazırda şikayətçilərin ərizələri əsasında Ədliyyə Nazirliyinin Baş Notariat Kontoruna və Əmanət Bankının hüquqi varisi olan Kapital Banka sorğu göndərilməklə bu məsələyə aydınlıq gətirməklə onlara olan sığorta ödənişinin almaları barədə məlumat veriləcək".

 

Həmçinin bildirilib ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanununa və “İcra Hakimiyyəti orqanlarının idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanması müddətləri göstərilməklə siyahısı”nın 254-cü bəndinə əsasən mühasib qeydiyyatı üçün əsas olan, təsərüffat əməliyyatının aparılmasını qeydə alan ilkin sənədlər və onlara aid olan əlavələrin (kassa, bank sənədləri, bank xəbərdarlığı və köçürmə tələbnamələri, bank çıxarılışı, iş naryadları, cədvəllər, əmlak və materialların qəbulu, təhvil verilməsi və hesabdan silinməsi aktları, əmtəə materiallarının uçotu üzrə qəbz və qaimələr, avans hesabatları və başqaları) saxlanılması müddəti 5 il göstərilib: "Bu səbəbdən 1991-97 ci illərdə Dövlət Sığorta Şirkətinin rayon və şəhər filialları tərəfindən bütün maliyyə sənədləri, o cümlədən hərbi qulluqçuların dövlət icbarı şəxsi sığorta ödənişlərinə dair ilkin sənədlər Dövlət arxivinə təhvil verilib. Sənədlərin Dövlət arxivinə təhvil verilməsi barədə müvafiq aktlar mövcuddur.

 

Buna baxmayaraq 1991-1997- cil illərdə hərbi qulluqçuların varislərinə sığorta ödənişinin verilməsinə dair Şirkətdə və rayon, şəhər filiallarında ilkin qeydiyyat jurnalı aparılıb və hazırda kompüter proqramına daxil edilməklə saxlanılır.

 

Bu məsələnin araşdırılması və şikayətçilərə məlumat verilməsi Şirkət rəhbərliyinin ciddi və gündəlik nəzarətindədir.

 

Dövlət Sıgorta Şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin qarşısında quvvədə olan qanunvericilik daxilində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirilməsini təmin edir.

 

Allah bütün şəhidlərə rəhmət eləsin!"

 

Qeyd edək ki, oktyabrın 16-da bir qrup şəhid hərbi qulluqçusunun ailə üzvləri Milli Məclisə gedib. Həmin gün Milli Məclisin plenar iclasında bir neçə deputat müavinət ala bilməyən şəhid ailələrinin məsələsini qaldırıb.

 

Xatırladaq ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

18.10.2018 15:20

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ