Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Filmlərdə tütün məhsullarının təbliği qadağan olunur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Filmlərdə tütün məhsullarının  təbliği qadağan olunur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Filmlərdə tütün məhsullarının açıq şəkildə təbliği qadağan olunur

 

Oktyabrın 18-də Milli Məclisin (MM) Mədəniyyət komitəsinin iclası keçirilib.

 

İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”  qanun layihələri üçüncü oxunuşlarda müzakirə olunub.

 

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda nəzərdə tutulan dəyişikliyə görə, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.

 

“Televiziya və radio yayımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, sənədə “tütün məmulatlarını və tütün istifadəsi prosesini təbliğat məqsədilə nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq” məzmunlu 40.2.2-1-ci maddə əlavə edilir.

 

“İctimai televiziya və radio yayımı haqqında” qanuna da eyni məqsədlə yeni maddə əlavə olunacaq.

 

“Teatr və teatr fəaliyyəti haqqında” qanunda edilən dəyişikliyə görə sənədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun 14.1.4-cü maddəsinə uyğun olaraq, “teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi qadağandır” məzmunlu 11.4-cü maddə əlavə ediləcək.

 

Qeyd olunub ki, hər üç qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırılmaq məqsədi daşıyır.

 

Komitə üzvləri təqdim olunan dəyişiklikləri dəstəkləyib və qanun layihələrini MM-in plenar iclasına tövsiyə ediblər.

19.10.2018 06:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ