Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bakıdan İstanbulun yeni aeroportuna uçuşlar başlayır - TARİX

iç səhifə xəbər başlığı altı (mobil)_31
 Bakıdan İstanbulun yeni aeroportuna uçuşlar başlayır - TARİX

Dünya üzrə 300-dən çox istiqamətə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti 8 noyabr tarixindən etibarən İstanbulun Yeni Hava Limanından Bakıya və əks istiqamətə endirimli qiymətlərlə uçuşlara start verir.

 

İstanbul Yeni Hava Limanından (aeroportun kodu – ISL) 8 noyabr 2018-ci il tarixindən etibarən hər gün Bakıya və əks istiqamətə yerinə yetiriləcək uçuşlar üçün tətbiq ediləcək endirimli qiymətlərə əsasən, İstanbul-Bakı-İstanbul istiqamətində aviabiletlərin onlayn satış zamanı qiyməti 82 avrodan (təxminən 164 AZN), Bakı-İstanbul-Bakı istiqamətində isə 109 avrodan (təxminə 218 AZN) başlayır. İstanbuldan Bakıya uçuşlar hər gün saat 09:25-də (Bakıya çatma vaxtı – 13:15), əks istiqamətdə isə 14:10-da (İstanbula çatma vaxtı – 16:30) həyata keçiriləcək. Biletin qiymətinə 30 kq baqaj və 8 kq əl yükü də daxildir.

 

Qeyd edək ki, İstanbul Yeni Hava Limanına yerinə yetiriləcək uçuşlar hazırda Atatürk və Sabiha Gökçen hava limanlarından Bakıya yerinə yetirilən uçuşlara əlavə olaraq həyata keçiriləcək və bu uçuşlar həmişəki qaydada davam edəcək. Eyni zamanda, bu hava limanlarından yerinə yetirilən digər tranzit reyslərin (Avropa, Asiya, Amerika və s.) cədvəlində də hər hansı bir dəyişiklik yoxdur.

 

Bildirək ki, endirimli qiymətlərlə biletlər yalnız 29 dekabr 2018-ci il tarixinədək əldə edilə bilər və səyahət sözügedən tarixədək həyata keçirilməlidir.

19.10.2018 10:20

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ