Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

KİV: Şahzadənin köməkçisi Kaşıkçıdan əvvəl konsulluğa gəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
KİV: Şahzadənin köməkçisi Kaşıkçıdan əvvəl konsulluğa gəlib

ABŞ-ın “New York Times” qəzeti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana yaxın şəxslərdən biri - Maher Əbdüləziz Mutrebin oktyabrın 2-də Camal Kaşıkçıdan bir neçə saat öncə bu ölkənin İstanbuldakı konsulluğuna girdiyini sübut edən fotoşəkilləri yayımlayıb.

 

"Anadolu" informasiya agentliyi xəbər verir ki, həmçinin Mutrebin sonradan baş konsul Məhəmməd el-Uteybinin iqamətgahının önündə dayandığı, otellərdən birindən böyük çamadanla çıxdığı və Atatürk hava limanında Türkiyədən ayrıldığı anları əks etdirən fotolar da dərc olunub.

 

Nəşr oktyabrın 18-də Türkiyənin jurnalist Camal Kaşıkçının qətlində şübhəli bilinən bəzi insanların şəxsiyyətini müəyyən etdiyini yazıb. Şübhəli şəxslərdən biri - Maher Əbdüləziz Mutrebinin 2017-ci ildə Səudiyyə Ərəbistanının London səfirliyinə diplomat təyin olduğunu və cangüdən qismində vəliəhd şahzadəni bir çox səfərlərdə müşayiət etdiyi bildirilir.

 

Eyni zamanda, ABC telekanalı Camal Kaşıkçının qətlə yetirilməsi ilə bağlı səs yazılarının Türkiyəyə səfəri zamanı Mayk Pompeoya verildiyi barədə məlumat yayıb. ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Heather Nauert isə məsələ ilə bağlı şərh verərkən telekanalın iddialarını təkzib edib.

 

Prezident Donald Tramp da öz növbəsində jurnalistin çox güman ki, öldürüldüyünü və bunun nəticələrinin ağır olacağını vurğulayıb.

 

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də sənədləşmə işi ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna daxil olub və həmin vaxtdan itkin düşüb. Onun yoxa çıxması ilə əlaqədar təhqiqat aparılması üçün yaradılan Türkiyə-Səudiyyə Ərəbistanı işçi qrupu Krallığın İstanbuldakı baş konsulluğuna baxış keçirib və konsulun iqamətgahında axtarış aparıb. Təhqiqatın nəticələri hələlik açıqlanmır.

 

Kaşıkçı Ər-Riyadın siyasətinə qarşı tənqidi münasibətilə tanınır. 2017-ci ildə vətənini tərk edərək ABŞ-a köçən jurnalist “The Washington Post” qəzetində Səudiyyə Ərəbistanındakı vəziyyətə dair analitik yazılarla çıxış edirdi.

 

© Azərtac

19.10.2018 10:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ