Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

“Azərbaycan Hava Yolları” QSC, “Silk Way Holding” şirkəti, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşlıq haqqında saziş imzalamışdırlar.

 

Reklam_3_11

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Marja”ya daxil olmuş məlumata görə, sazişi “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, “Silk Way Holding” şirkətinin birinci vitse-prezidenti Teymur Məmmədov və  Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Senqstşmid imzalamışdır.

 

Saziş həm ölkənin əsas hava qapısı olan Heydər Əliyev Beynəlxalq Hava Limanı, həm də regional hava limanlarının sərnişin axınının artmasına yönəlmiş birgə tədbirlərin keçirilməsini nəzərdə tutur. Aşağıbüdcəli (loukost) aviadaşımalara, eləcə də sərfəli qiymətli üçulduzlu otellərin açılmasına böyük diqqət yönəldiləcək.

 

Bu gün ölkəmizə əsas turist axını hava daşımalarının payına düşür. AZAL milli aviaşirkəti yaxın və uzaq xarici ölkələrə müntəzəm və çarter reysləri yerinə yetirir.

 

Gələn ildən başlayaraq Azərbaycanın milli aviadaşıyıcısının donanmasına ən yeni “Boeing 737 MAX” təyyarələri əlavə olunacaq ki, bu da marşrut şəbəkəsinin coğrafiyasını daha da genişləndirməyə imkanı verəcək. Heydər Əliyev Beynəlxalq Hava Limanının rəhbərliyi xarici aviadaşıyıcıların cəlb edilməsi üzərində fəal şəkildə çalışır.

 

Qeyd edək ki, 2018-ci ilin ilk doqquz ayı ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 3,49 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici 2017-ci ilin analoji göstəricisindən 10 faiz, 2016-cı ilin göstəricisindən isə 39 faiz çoxdur.

 

Azərbaycanın artan turizm potensialı sərnişin aviadaşımaları sahəsinin inkişafına, eləcə də yeni ölkə və şəhərlərə reyslərin açılmasına kömək edir. Hazırda Bakı hava limanı 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir.

19.10.2018 15:08

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ