Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda DİGİTURK üçün lisenziya verildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda DİGİTURK üçün lisenziya verildi

 Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

 

Reklam_3_11

Şuradan “Marja”ya daxil olan məlumata görə, iclasda  teleradio yayımı sahəsində qanunverciliyin tələblərinə teleradio yayımçıları tərəfindən əməl edilib-edilməməsi müzakirə edilib.

 

İclasda eyni zamanda “Caspium Group” MMC-nin xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət  üçün lisenziya alınması barədə müraciətinə baxılıb, “Caspium Group” MMC ilə KREA İÇERİK HİZMETLERİ VE PRODÜKSİYON A.Ş. (DİGİTURK) arasında bağlanmış 3 avqust 2018-ci il tarixli Distribütörlük Müqaviləsinə əsasən DİGİTÜRK-ə məxsus teleradio məhsullarının (DİGİPAKET) satış hüququnun Azərbaycan ərazisində “Caspium Group” MMC-yə məxsus olduğu müəyyən edilib və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün müddətsiz lisenziya verilib.

 

İclasda həmçinin “Roberts Cafe” MMC barəsində başlanılmış inzibati icraata dair işə baxılıb və ona xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün verilmiş lisenziyanın qüvvəsinə xitam verilib.

19.10.2018 15:24

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ