Ağ Ev: Səudiyyə rəhbərliyinin açıqlamasını müsbət qiymətləndiririk
Səudiyyə Ərəbistanının Cemal Kaşıkçının konsulluqda münaqişə zamanı öldüyünü təsdiq etdikdən sonra Ağ Ev məsələ ilə bağlı yazılı açıqlama yayıb.
"Marja" xəbər verir ki, Səudiyyə Ərəbistanının Kaşıkçının aqibətinə dair açıqladığı istintaq nəticələrinin və şübhəlilərə qarşı gördüyü tədbirlərin ABŞ rəhbərliyi tərəfindən müsbət qiymətləndirildiyi bildirilən açıqlamada bu ifadələrə yer alıb:
"Kaşıkçının öldüyünün təsdiq edildiyini eşitməkdən kədərliyik. Kaşıkçının ailəsinə, nişanlısına və əzizlərinə dərin hüznlə başsağlığı veririk. Bu faciəli hadisəyə qarşı beynəlxalq araşdırmaları yaxından təqib etməyi davam etdirəcəyik; Zamanında, şəffaf və hüquqa uyğun gerçəkləşəcək ədaləti müdafiə edəcəyik".
Səudiyyə Ərəbistanı rəhbərliyi, 2 Oktyabrda İstanbul Baş Konsulluğuna girdikdən sonra xəbər alınmayan səudiyyəli jurnalist Cemal Kaşıkçının "konsulluq binasında baş verən dava-dalaş nəticəsində öldüyünü" etiraf etmişdi.
Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyi SPA-da yer alan xəbərə görə, Səudiyyə Ərəbistanı Prokurorluğunun apardığı istintaq nəticəsində, Cemal Kaşıkçının İstanbul Baş Konsulluğuna gəldiyi zaman burada olan "başqa Səudiyyə vətəndaşları ilə mübahisəyə başladığı, mübahisənin davaya çevrilməsi və bunun nəticəsində Kaşıkçının öldüyü" bildirilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1-ci rübdə bank sektorunda 311,5 milyon manat xalis mənfəət formalaşıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Biz ölkənin ən böyük müştəri bazasına malik bankıyıq" - MÜSAHİBƏ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl