Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Tramp: Səudiyyəyə bəzi suallarımız olacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: Səudiyyəyə bəzi suallarımız olacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Arizona ştatında jurnalist Cemal Kaşıkçı haqqında mətbuat nümayəndələrinə açıqlama verən ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının Kaşıkçının ölümü ilə bağlı açıqlamasının "inandırıcı" olduğunu bildirib. 

 

"Marja" xəbər verir ki, Ər-Riyad rəhbərliyinin açıqlamasının "ilk böyük addım" olduğunu deyən Tramp, "Ancaq öz qiymətləndirməmiz hələ yekunlaşmayıb. Hazırda bir nəticəyə gəlmək üçün erkəndir",- deyib.
 

"Kaşıkçı açıqlaması barədə Səudiyyə Ərəbistanına bəzi suallarımız olacaq. Bu barədə Konqres ilə birlikdə çalışacağıq", ifadələrini işlədən Tramp, Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə danışdıqdan sonra qərarlarını açıqlayacaqlarını söyləyib.
 

Həmçinin Tramp, Ər-Riyad rəhbərliyinin Kaşıkçının ölməsilə ilə bağlı apardığı həbslərin "çox əhəmiyyətli olduğunu" bildirib.
 

SİLAH MÜQAVİLƏSİNİN LƏĞVİ ƏVƏZİNƏ SANKSİYA
 

Trampdan, ABŞ ilə Səudiyyə Ərəbistanı arasında 110 milyard dollarlıq silah müqaviləsinin aqibəti də soruşulub. Tramp sözügedən müqaviləni qorumaq istədiyini vurğulayıb. Tramp, onun yerinə Səudiyyə Ərəbistanına sanksiya tətbiq etməyə üstünlük verəcəyini qeyd edib.
 

Səudiyyə Ərəbistanının apardığı istintaqın "etibarlı" olub-olmadığı haqqındakı bir suala isə Tramp, "Bu prosesə biz daxil olduq, Türkiyə də daxil oldu. Bu, dəhşətli bir şeydir və gözdən qaçan bir hadisə olmayacaq",- cavabını verib.

20.10.2018 06:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ