Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ABŞ-dakı aktiv qazma qurğularının sayı artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dakı aktiv qazma qurğularının sayı artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb.

 

Reklam_3_11

Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd artaraq 1067 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 154 ədəd çoxalıb.

 

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd çoxalaraq 873 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 137 ədəd artıb.

 

Ölkədəki aktiv qaz qazma qurğularının sayı da 1 ədəd artaraq 194 olub. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 17 ədəd çoxalıb. Qarışıq fəaliyyət göstərən quyuların sayı isə 1 ədəd azalıb.

 

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

20.10.2018 09:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ