PAŞA Bank Landmark Biznes Mərkəzində!

PAŞA Bank ASC-nin yeni Landmark Biznes Mərkəzi artıq xidmətinizdədir. Biznes Mərkəzi Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi 96E Landmark I, AZ1010 ünvanında yerləşir və həftə içi hər gün saat 09:30-dan 17:00-a qədər müştərilərin xidmətində olacaq.

 

Yeni Biznes Mərkəzi Bankın korporativ seqmenti müştəriləri ilə yanaşı fiziki şəxslərə də geniş çeşidli bank xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşacaq.

 

Həmçinin qeyd edək ki, yeni Biznes Mərkəzin istifadəyə verilməsi çərçivəsində PAŞA Bankın Port Baku Biznes Mərkəzinin fəaliyyətinin formatı dəyişdiriləcək. Bankın Port Baku Biznes Mərkəzində Private Banking müştərilərinə, eləcə də PAŞA Bank əməkhaqqı kartlarına sahib olan fiziki şəxslərə xidmət göstəriləcək.

 

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün),  *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

20 Oktyabr 2018 , 11:36   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin