Mobil manşet üstü reklam-3_21

İstirahət gününə olan hava proqnozu açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İstirahət gününə olan hava proqnozu açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

 Azərbaycanda bazar gününə gözlənilən hava şəraiti açıqlanıb. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah, oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. 

 

Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək, cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 15-17°, gündüz  20-25° isti təşkil edəcək. Bakıda  gecə  15-17°, gündüz  23-25° isti olacaq. 

 

Atmosfer  təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 65-75%, gündüz  55-60% olacaq. 

 

Azərbaycanın rayonlarında sabah hava, əsasən, yağmursuz olacaq.

 

Lakin Naxçıvan Muxtar Respublikasında və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17°, gündüz 22-27° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti təşkil edəcək.  

20.10.2018 11:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ