Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İtaliyanın kredit reytinqi aşağı salındı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İtaliyanın kredit reytinqi aşağı salındı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi agentliyi Moody's, İtaliyanın kredit reytinqini "Baa2"dən "Baa3"ə endirib. Reytinqin proqnozu "sabit"dir.


 
"Marja"nın məlumatına görə, agentlikdən bildiriblər ki, reytinq aşağı salınmasına əsas olaraq İtaliya hökumətinin gələcək illərə hesablanmış büdcə kəsiri hədəflərinin Moody's-in daha əvvəl proqnozlaşdırdığı səviyyələrdən yüksək olmasıdır. Agentlik hesab edir ki, maliyyə və struktur islahatlarına dair planların reallaşdırılması sürəti azalıb.
 

Gələn il  İtaliya hökuməti büdcə kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətini, işsizlərə veriləcək müavinət, pensiya islahatı və bank böhranlarından əziyyət çəkənlərə yardım edilməsi kimi vədləri reallaşdırmaq üçün 2,4%-ə qaldırmağı hədəfləyir. Bu rəqəm, daha əvvəl  1,6% olaraq təyin olunmuşdu.


 
İtaliya dövlət istiqrazları və səhmləri, Avropa Birliyindən (AB) büdcə planına tənqidlərin artırması səbəbindən həftənin son iş günündə kəskin ucuzlaşıb.
 


Dövlət borcunun ÜDM-ə nisbəti 130%-ə çatan İtaliya, Avropa Birliyində Yunanıstandan sonra ən çox dövlət borcu olan ölkədir. 

21.10.2018 11:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ