Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Neftin 100 dollara qalxmayacağına zəmanət vermirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Neftin 100 dollara qalxmayacağına zəmanət vermirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xalid Əl-Falih: Nefti siyasətdən təcrid etmişik 


 

Rusiyanın xəbər agentliyi TASS-a müsahibə verən Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih, Kaşıkçı böhranına görə Qərb ölkələrinə 1973-dəkinə bənzər bir neft embarqosu tətbiq etmək niyyətləri olmadığını, nefti siyasətdən təcrid etdiklərini söyləyib.

 

 "Marja" xəbər verir ki, Falih, "Bu münaqişə arxada qalacaq. Səudiyyə Ərəbistanı çox məsuliyyətli hərəkət edən bir ölkədir. İllərdir nefti siyasətdən uzaq tutmuşuq" deyib
 

 "QİYMƏTƏ ZƏMANƏT YOXDUR"
 

Neft qiymətlərinin yuxarı qalxması halında qlobal iqtisadiyyatın səngiyəcəyi və bir durğunluğun yaranacağı narahatlığını dilə gətirən Falih, "İranın neft ixracına qarşı sanksiyaların gələn ay tam qüvvəyə minməsilə neft qiymətlərinin yuxarı qalxmayacağının zəmanət yoxdur. Neftin qiymətinin 100 dollar səviyyəsinə qalxmayacağının zəmanətini vermirəm, çünki digər istehsalçıların nə edəcəyini proqnozlaşdırmıram", - deyib.

 

Həmçinin Falih, qlobal neft bazarından 3 milyon barel/gün neftin çıxarılması halında, bu böyüklükdə bir itkini kompensasiya etməyəcəklərini və ehtiyatları istifadə etmək məcburiyyətində qalacaqlarını da vurğulayıb.


 
EHTİMAL OLUNAN SANKSİYAYA QARŞI PLAN
 

Səudiyyə Ərəbistanı, müxalif jurnalist Camal Kaşıkçının İstanbuldakı konsulluq daxilində baş verən dava-dalaş nəticəsində öldüyünü bildirmişdi. Səudiyyə Ərəbistanının  Kaşıkçı cinayətinə görə ABŞ-ın tətbiq edəcəyi ehtimal olunan embarqo hədələrinə qarşı planlar hazırladığı iddia edilmişdi.

22.10.2018 13:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ