Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

II xurma festivalı necə keçiriləcək? - TƏDBİRİN PROQRAMI

iç səhifə xəbər başlığı altı (mobil)_31
II xurma festivalı necə keçiriləcək? - TƏDBİRİN PROQRAMI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 27-28-də Balakən rayonunda II Beynəlxalq xurma festivalı keçiriləcək.

 

Reklam_3_11

Balakən şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında reallaşacaq festivalda xurmadan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

 

Festivala hazırlıq işləri üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva  bildirib ki, festivalda ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, xurma istehsalçıları və ixracatçıları, ətraf rayonlardan gəlmiş qonaqlar, həmçinin rayon sakinləri iştirak edəcəklər.

 

Festivala dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndərin parkda, dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirəcəklər.

 

Sonra qonaqlar “Balxurma” Məhdud Məsuliyyətli Cəmiyyətinin rayonun Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinə baş çəkəcək, istehsal prosesi ilə tanış olacaqlar.

 

Festivalın rəsmi açılış mərasimindən əvvəl qonaqlar parkın ərazisində xurma ağacları əkəcəklər. Sonra festival iştirakçıları parkda xurmadan hazırlanmış kompozisiyalara və kulinariya məhsullarına baxacaq, rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgiləri ilə tanış olacaqlar. Festivalın birinci günü respublika incəsənət ustalarının konsert proqramı ilə başa çatacaq.

 

Festivalın ikinci günü də maraqlı proqramla yaddaqalan olacaq. Parkda xurma məhsullarının – bəkməz və müxtəlif şirniyyatların, həmçinin tətbiqi sənət nümunələrinin satış yarmarkası təşkil olunacaq, xurmaya aid ekspozisiyalar sərgilənəcək, yerli folklor kollektivlərinin, idmançıların çıxışları olacaq.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET

 

© Azərtac

22.10.2018 10:14

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ