Azərbaycan şirkəti Monqolustan bazarına maraq göstərir

Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” MMC-nin rəhbərliyi Monqolustanda bir sıra işgüzar görüşlər keçirib.

 

Monqolustana ixrac missiyası 12-18 oktyabr 2018-ci il tarixlərində Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil edilib. Missiya çərçivəsində ölkəmizin İT sektorunu Azərbaycan İnnovasiyaların İxracı Konsorsium (AZINNEX) üzvləri, o cümlədən “Cybernet” şirkəti təmsil edib.

 

Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov rəhbərlik edib. Missiya çərçivəsində 15 oktyabr tarixində Ulan-Bator şəhərində Azərbaycan-Monqolustan biznes-forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları da iştirak edib. Biznes-foruma, 20-yə yaxın Azərbaycan şirkəti qatılıb.

 

“Cybernet” şirkətinin baş direktoru İlham Namazov və biznesin inkişafı üzrə meneceri Fuad Əhmədov bu ölkədə Monqolustan Vergilər İdarəsinin icraçı direktorunun müavini Z.Batjarqal, İnformasiya Texnologiyaları Statistika Mərkəzinin direktoru G.Batsaixan və Gömrük, Vergi və Maliyyə üzrə İnformasiya Texnologiyaları Mərkəzinin nəzdində Vergi İdarəetmə İnformasiya Sisteminin layihə rəhbəri Batjarqal Yadam ilə görüşlər keçiriblər. Bununla yanaşı, şirkət təmsilçilərinin Monqolustan Proqram Təminatı Sənayesi Birliyində, Baş Tibbi Sığorta İdarəsində, Rabitə və İnformasiya Texnologiyaları İdarəsində də görüşləri olub.

 

Görüşlərdə gələcək əməkdaşlıq və qarşılıqlı əlaqələrin inkişafı müzakirə edilib.

 

2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmətlər göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.

22 Oktyabr 2018 , 12:21   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin