Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

“DOST” mərkəzləri işəgötürən və işçilərə köməklik göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“DOST” mərkəzləri işəgötürən və işçilərə köməklik göstərəcək

Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılacaq “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki köməklik də göstəriləcək.

 

Reklam_3_11

Nazirlikdən verilən məlumata görə, bununla yanaşı, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən qurum olan nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə, əmək müqaviləsi bildirişləri barədə işçilərə məlumatın verilməsi “DOST” mərkəzlərinin xidmətləri sırasına daxildir.

 

Mərkəzlərdə yeni və yenidən qurulmuş müəsisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportların təqdim olunması da həyata keçiriləcək.

 

Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi, əməyin mühafizəsi normaları və qaydaları üzrə təlimlərin təşkil edilməsi “DOST” mərkəzlərində göstəriləcək xidmətlərdən olacaq.

 

Xatırladaq ki, “DOST” mərkəzlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 124 xidmət təqdim olunacaq.

22.10.2018 10:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ