Ən yuxarı (mobil)_30

“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Nar” Tərtərdə 4G şəbəkəsini qurdu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Ölkənin ən gənc mobil operatoru olan “Nar” yüksək keyfiyyətli 4G şəbəkəsini bölgələrdə sürətlə artırmağa davam edir. 4G şəbəkəsinin istismara verildiyi növbəti region mərkəzi Tərtər oldu. Bununla da Tərtər sakinləri keyfiyyətli və yüksək sürətli mobil rabitə xidmətləri ilə təmin edilir.

 

Hazırda “Nar” 4G şəbəkəsinin əhatə dairəsini bütün Azərbaycan boyunca sürətlə genişləndirir və ölkədə ən geniş 4G şəbəkələrindən birinə malikdir. Aparılan şəbəkə işlərinin nəticəsi olaraq 45-dən çox bölgə mərkəzləri “Nar” 4G şəbəkəsi ilə əhatə olunub. “Nar” il ərzində 570-ə yaxın 4G, 140-dan çox 3G texnologiyası ilə təmin olunmuş mobil baza stansiyasını istifadəyə verib. Təkmilləşdirmə işlərinin nəticəsi olaraq hazırda ölkə ərazisində 4G baza stansiyalarının sayı 1500-ü keçib. 3G baza stansiyalarının sayı 2600-ün üzərindədir. İlin sonuna qədər isə mobil operator ümumilikdə 1700-dən çox 4G-LTE texnologiyalı baza stansiyasını istifadəyə verməklə LTE texnologiyasının əhatə dairəsini  genişləndirməyi nəzərdə tutub.

 

4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır. “Nar” 4G baza stansiyalarının təqdim etdiyi yüksəkkeyfiyyətli mobil internet xidməti nəticəsində 4G internetinin trafik həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb. Mobil operatorun 4G istifadəçilərinin sayı 250 min nəfərə çatıb.

 

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. 

22.10.2018 10:56

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ