Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

"İrandan neft idxal edənlər üçün çətin olacaq"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İrandan neft idxal edənlər üçün çətin olacaq"

ABŞ-ın xəzinə naziri Steven Mnuchin, İrandan neft idxal edən ölkələrin ABŞ-ın İrana qarşı sanksiyalarından sərbəstlik əldə etmələrinin, Obama dövrünə nisbətən daha çətin olacağını deyib.
 

"Marja" xəbər verir ki, neft qiymətlərinin İrana tətbiq ediləcək sanksiyalar səbəbilə artacağı narahatlıqlarına qarşı çıxan Mnuchin, bazarın, İranın ixracatının aşağı düşməsini hazırda qiymətlərə əks etdirdiyini bildirib və əlavə edib:
 

Reklam_3_11

"Neft qiymətləri xeyli yüksəlib. Mənim fikirimcə, neft bazarı İranın ixracındakı azalmanı artıq nəzərə alıb".

 

İranın neft ixracının noyabrda sıfırlanmasını gözləmədiklərini bildirən Mnuchin, ancaq ixracın qarşıdakı dövrdə gec və ya tez sıfıra enməsini gözlədiklərini vurğulayıb.

 

Qısası, ABŞ noyabrdan neft qiymətlərinin kəskin yüksələcəyini gözləmir. Çünki İrana sanksiyaların tətbiq ediləcəyi bazara məlumdur. İranın neft ixracının azalacağı ehtimalı hazırkı qiymətlərdə əks olunub. 

 

Bakı vaxtı ilə saat 13:20-də Brent nefti 80,12 dollardan alıcı tapıb.

 

22.10.2018 11:14

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ