Ən yuxarı (mobil)-2_30

Kiçik və orta sahibkarlar üçün kredit şərtləri dəyişdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Kiçik və orta sahibkarlar üçün kredit şərtləri dəyişdi

Real sektorun inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı iri korporativ layihələri maliyyələşdirməklə yanaşı, kiçik və orta sahibkarların (KOS) maliyyə vəsaitlərinə çıxış imkanlarını da genişləndirmək üçün KOS kreditlərinin şərtlərində müəyyən dəyişikliklər edib.

 

Bankdan "Marja"ya daxil olmuş məlumata görə, həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar müxtəlif KOS layihələrinin maliyyələşdirilməsi üçün kreditləri Azərbaycan Beynəlxalq Bankından indi daha sərfəli şərtlərlə ala bilərlər: 

 

Maksimal məbləğ: 5 000 000 AZN (və ya USD/EUR ekvivalentlərində)

Faiz dərəcəsi: AZN-lə 14%, USD və EUR-la 7%-dən başlayaraq

Müddət: 84 ayadək

 

Azərbaycan Beynəlxalq Bankı sahibkarların arzusundan asılı olaraq kredit borcunun  annuitet, fərdi və yaxud sərbəst ödəniş cədvəli əsasında ödənilməsinə imkan yaradır.

 

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Kiçik və orta sahibkarlıq subyektləri Azərbaycan Beynəlxalq Bankı üçün yeni müştəri seqmentidir. Onların təqdim etdikləri biznes layihələrinin daha əlverişli şərtlərlə maliyyələşdirilməsi siyasətini bundan sonra da davam etdirəcəyik. Sahibkarlara kredit xətlərinin açılması, ekspress-kredit, subsidiyalı (güzəştli) kredit, kənd təsərrüfatına dəstək krediti kimi yeni imkanlarımızı mütəmadi olaraq müştərilərimizlə bölüşəcəyik”. 

 

Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlığın kreditləşdirilməsi üzrə təqdim etdiyi çeşidli məhsullar barədə daha ətraflı: https://www.ibar.az/az/corporate/loans/short-term-lending/

 

 Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

22.10.2018 12:16

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ