"Şahzadə, öldürülməzdən əvvəl Camal Qaşıqçı ilə telefonla danışıb"
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman öldürülməzdən əvvəl jurnalist Camal Qaşıqçı ilə telefonla danışıb.
Türkiyənin “Yeni Şafak” qəzeti xəbər verir ki, şahzadə onu dilə tutaraq Səudiyyə Ərəbistanına qaytarmağa cəhd göstərib. Ancaq Camal Qaşıqçı Səudiyyə Ərbistanında həbs ediləcəyindən və öldürüləcəyindən ehtiyatlanaraq onun təklifindən boyun qaçırıb.
Qəzetin yazdığına görə, jurnalist bundan sonra qətlə yetirilib.
Qeyd edək ki, oktyabrın 2-də jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman Camal Qaşıqçının ailəsinə başsağlığı verib.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də Camal Qaşıqçının qətli ilə bağlı bütün həqiqətləri açacağını bildirib. O, oktyabrın 22-də bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 d. əvvəl
-
10 d. əvvəl
Prezidentlər dağıdılmış yerlərə baxıb, Baş planlar ilə tanış olublar
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 55 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan dövləti 2024-cü ilin ilk 3 ayında 1 milyard 88 milyon manat borc ödəyib
- 3 saat əvvəl