“Caspian Development Bank” işçi axtarır
“Caspian Development Bank” marketinq mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.
İşçinin Vəzifələri:
- Yeni məhsulların yaradılması üçün bazar araşdırmalarının və təhlillərinin həyata keçirilməsi (bazarda şərtlərin müqayisəli təhlili, portfelin dinamikası, bazar tendensiyaları, müştəri məmnuniyyəti, fikirləri, münasibətləri və s.), təkliflərin hazırlanması, digər strukturlarla müzakirəsi və tətbiqində iştirak;
- Cari məhsulların şərtlərinin optimallaşdırılması üçün təkliflərin hazırlanması;
- Bank və filiallar üzrə marketinq planlarının hazırlanması və tətbiqində iştirak;
- Yeni və cari məhsullarla bağlı stimullaşdırıcı lotereya, bonus kimi proqramların və aksiyaların təşkili
- Çarpaz satışların artırılması üçün təkliflərin hazırlanması, mexanizmin yaradılmasında və tətbiqində iştirak;
- Tərəfdaşlarla müzakirələrin və təqdimatların həyata keçirilməsi, layihələr üzrə əməkdaşlığın yaradılması və koordinasiyası işləri;
- Reklam planları üçün təkliflərin hazırlanması, reklam aksiyalarının və tədbirlərinin koordinasiyası və həyata keçirilməsində iştirak, müvafiq şöbə ilə işin aparılması;
Namizədə dair tələblər:
- Ali təhsil;
- Banklarda Marketinq sahəsində ən azı 2 il iş təcrübəsi;
- Yeni bankçılıq məhsulları yaratma sahəsində bilik və bacarıqlara malik olmaq;
- Azərbaycan, Rus və Ingilis dillərində sərbəst danışıq;
- MS Office proqramlarında (xüsusilə Word, MS Excel, Power Point proqramlarında) sərbəst şəkildə işləyə bilmək bacarığı.
CV-lərinizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik. CV-ni göndərərkən mail-ın “subject” hissəsində müraciət etdiyiniz vakansiyanın adının göstərilməsini xahiş edirik. Qeyd etmək istərdik ki, yalnız açıq vakansiya üzrə verilmiş kriterilər, iş təcrübəsi və bacarıqları uyğun olan namizədlərlə əlaqə saxlanacaq.
Elanın bitmə tarixi mart ayının 15-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
16 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 17 saat əvvəl
-
17 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
18 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl