Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

İlk dəfə sığorta şirkətlərinin reytinq cədvəli açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
İlk dəfə sığorta şirkətlərinin reytinq cədvəli açıqlandı

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqini açıqlayıb.

 

Reklam_3_11

Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, şirkət barədə yazılan ümumi rəy, rəyin təsdiqlənib-təsdiqlənməməsi, qeyd olunan məsələnin həll edilməsi şirkətlərin reytinqinə təsir edən əsas amillər hesab olunur.


Birliyin rəsmi saytında (www.asa.az) “Şirkətlər üzrə rəy” bölməsi fəaliyyət göstərir və bu, müştərilərin sığorta şirkətləri barədə müsbət və  mənfi rəyinin bildirilməsi üçün nəzərdə tutulub. Qeyd olunan rəylər müvafiq qaydada araşdırılaraq həmin rəyin düzgünlüyü təsdiq edildikdən sonra rəydə haqqında bəhs edilən şirkətə müvafiq bal verilir. 


Hal-hazırda mövcud reytinq cədvəlində 22 sığorta və təkrarsığorta şirkətinin adı qeyd olunub və cədvələ “A-Group Sığorta” 8 balla liderlik etdiyi halda, sonuncu yerdə -9 balla “Standard İnsurance” qərarlaşıb.

 

Reytinq cədvəlinin ilk dördlüyü belədir: “A-Group Sığorta”, “Paşa Sığorta”, “Xalq Sığorta”, “Meqa Sığorta”. 

 

Həmçinin, 5-16-ci yerdəki şirkətlər barəsində ya hər hansı bir qeyd olmadığına görə, ya da qeyd olunan rəylər əsaslı sayılmadığı üçün onların balı 0 olaraq nəzərə alınmışdır. Bunlar: “Paşa Həyat Sığorta”, “AzRe Təkrarsığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Axa Mbask Sığorta”, “Amrah Sığorta”, “Qala Sığorta”, “Naxçıvan Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Bakı Sığorta”, “Rəvan Sığorta”, “Qala Həyat Sığorta” və “İpək Yolu Sığorta”dır.


Reytinq cədvəlində hal-hazırki nəticəsinə əsasən xidmət səviyyəsi 0 və -9 bal intervalında qiymətləndirilərək son altılığı formalaşdıran şirkətlər – “AzərSığorta”, “Atəşgah Sığorta”, “AzSığorta”, “Günay Sığorta”, “AtaSığorta” və “Standard İnsurance”dır.


Xatırladaq ki, reytinq cədvəli Birliyin yeni saytı istifadəyə verildikdən sonra burada qeyd edilən rəylər əsasında formalaşmışdır və bu reytinq cədvəli mütəmadi olaraq ictimaiyyətlə paylaşılacaqdır. Bu baxımdan sığorta şirkətlərinin müştərilərini əməkdaşlıq etdikləri şirkətdəki xidmət və məmnuniyyət səviyyəsinin müəyyən edilməsi məqsədilə Birliyin saytına daxil olaraq rəy bildirməyə və həmin şirkətə müvafiq bal verməyə dəvət edilir.


Reytinq cədvəlini aşağıda təqdim edirik:

22.10.2018 13:53

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ