Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“A-Group Sığorta” birinci, “Standard İnsurance” sonuncu yeri tutdu

iç səhifə xəbər başlığı altı (mobil)_31
“A-Group Sığorta” birinci, “Standard İnsurance”  sonuncu yeri tutdu

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyi (Birlik) sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşması üzrə formalaşmış reytinqini açıqlayıb.

 

Reklam_3_11

Assosiasiyadan "Marja"ya daxil olmuş məlumata görə, şirkət barədə yazılan ümumi rəy, rəyin təsdiqlənib-təsdiqlənməməsi, qeyd olunan məsələnin həll edilməsi şirkətlərin reytinqinə təsir edən əsas amillər hesab olunur.

 

Hal-hazırda mövcud reytinq cədvəlində 22 sığorta və təkrarsığorta şirkətinin adı qeyd olunub və cədvələ “A-Group Sığorta” 8 balla liderlik etdiyi halda, sonuncu yerdə -9 balla “Standard İnsurance” qərarlaşıb.

 

Reytinq cədvəlinin ilk dördlüyü belədir: “A-Group Sığorta”, “Paşa Sığorta”, “Xalq Sığorta”, “Meqa Sığorta”. 

 

Həmçinin, 5-16-ci yerdəki şirkətlər barəsində ya hər hansı bir qeyd olmadığına görə, ya da qeyd olunan rəylər əsaslı sayılmadığı üçün onların balı 0 olaraq nəzərə alınmışdır. Bunlar: “Paşa Həyat Sığorta”, “AzRe Təkrarsığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Axa Mbask Sığorta”, “Amrah Sığorta”, “Qala Sığorta”, “Naxçıvan Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Bakı Sığorta”, “Rəvan Sığorta”, “Qala Həyat Sığorta” və “İpək Yolu Sığorta”dır.


Reytinq cədvəlində hal-hazırki nəticəsinə əsasən xidmət səviyyəsi 0 və -9 bal intervalında qiymətləndirilərək son altılığı formalaşdıran şirkətlər – “AzərSığorta”, “Atəşgah Sığorta”, “AzSığorta”, “Günay Sığorta”, “AtaSığorta” və “Standard İnsurance”dır.

 

Reytinq cədvəli mütəmadi olaraq ictimaiyyətlə paylaşılacaqdır. Bu baxımdan sığorta şirkətlərinin müştərilərini əməkdaşlıq etdikləri şirkətdəki xidmət və məmnuniyyət səviyyəsinin müəyyən edilməsi məqsədilə Birliyin saytına (www.asa.az) daxil olaraq rəy bildirməyə və həmin şirkətə müvafiq bal verməyə dəvət edilir.

22.10.2018 14:13

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ