Mübariz Mənsimovun işçilərinə maaş ödəmədiyi bildirilir
“Palmali” şirkətinə məxsus “Masallı” və “Bozdag” gəmilərinin heyyətinin artıq 10 aya yaxındır əmək haqqı almadığı bildirilir.
Xarici KİV xəbər verir ki, hazırda Estoniyanın Tallin limanında dayanan gəmilərin heyyət üzvləri fəlakətli vəziyyətdədir.
Xatırladaq ki, Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsus 4 gəminin heyyəti analoji səbəblərdən aclıq aksiyasına əl atıb.
Qeyd edək ki, içərisində Rusiya gəmiçiləri də olan 11-12 nəfərdən ibarət “Riroil 2” tankerinin heyyəti ötən ildən əmək haqlarını ala bilməmələrinə etiraz olaraq 2018-ci il sentyabrın 1-dən başlatdıqları aclıq aksiyasını hələ də davam etdirir.
Qeyd edək ki, 22 Oktyabr 2018-ci il tarixində “Palmali” Şirkətlər Qrupunun 20 yaşı tamama olub.
"Bu gün “Palmali” Şirkətlər Qrupunun yaranmasının üzərindən tam 20 il keçir. İyirmi il öncə Türkiyədə qurduğumuz bu şirkəti qurarkən, “etdiklərimiz edəcəklərimizin təminatıdır” demişdik. Və bu gün “Palmali Group of Companies” bir dünya şirkətidir. Təkcə, türk limanlarında deyil, dünya sularında Türkiyənin, Azərbaycanın önəmli isimlərinin adlarını gəmilərində yaşadan bir şirkətdir. Dünyanın ən güclü yükdaşıma şirkətlərindən biri olmağa iddialı olan və bunu keçdiyimiz 20 ildə öz fəaliyyəti ilə ortaya qoyan bir qrupdur “Palmali”. Şübhəsiz ki, başarılı olmaq üçün yaxşı bir kapitanla iş bitmir. Sadiq və professional komanda olmasa, ən yaxşı kapitan belə gəmini limana çıxara bilməz. Çox sevinirəm ki, belə bir kollektivə sahibəm. Bu səbəbdən də, “Palmali” sadəcə, bir şirkətlər qrupunun adı deyil, böyük bir Ailədir. Ailənin müqəddəsliyi "Palmali”ni hər cür bəlalardan, çətinliklərdən qoruyub və qoruyacaqdır",- Mübariz Mənsimov "Facebook" səhifəsində yazıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
® Finans
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
9 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 9 saat əvvəl
-
9 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
11 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl