Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Mübariz Mənsimovun işçilərinə maaş ödəmədiyi bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mübariz Mənsimovun işçilərinə maaş ödəmədiyi bildirilir

“Palmali” şirkətinə məxsus “Masallı” və “Bozdag” gəmilərinin heyyətinin artıq 10 aya yaxındır əmək haqqı almadığı bildirilir.

 

Reklam_3_11

Xarici KİV xəbər verir ki, hazırda Estoniyanın Tallin limanında dayanan gəmilərin heyyət üzvləri fəlakətli vəziyyətdədir.

 

Xatırladaq ki, Mübariz Mənsimovun “Palmali” şirkətlər qrupuna məxsus 4 gəminin heyyəti analoji səbəblərdən aclıq aksiyasına əl atıb.

 

Qeyd edək ki, içərisində Rusiya gəmiçiləri də olan 11-12 nəfərdən ibarət “Riroil 2” tankerinin heyyəti ötən ildən əmək haqlarını ala bilməmələrinə etiraz olaraq 2018-ci il sentyabrın 1-dən başlatdıqları aclıq aksiyasını hələ də davam etdirir.

 

Qeyd edək ki, 22 Oktyabr 2018-ci il tarixində “Palmali” Şirkətlər Qrupunun 20 yaşı tamama olub.

 

"Bu gün “Palmali” Şirkətlər Qrupunun yaranmasının üzərindən tam 20 il keçir. İyirmi il öncə Türkiyədə qurduğumuz bu şirkəti qurarkən, “etdiklərimiz edəcəklərimizin təminatıdır” demişdik. Və bu gün “Palmali Group of Companies” bir dünya şirkətidir. Təkcə, türk limanlarında deyil, dünya sularında Türkiyənin, Azərbaycanın önəmli isimlərinin adlarını gəmilərində yaşadan bir şirkətdir. Dünyanın ən güclü yükdaşıma şirkətlərindən biri olmağa iddialı olan və bunu keçdiyimiz 20 ildə öz fəaliyyəti ilə ortaya qoyan bir qrupdur “Palmali”. Şübhəsiz ki, başarılı olmaq üçün yaxşı bir kapitanla iş bitmir. Sadiq və professional komanda olmasa, ən yaxşı kapitan belə gəmini limana çıxara bilməz. Çox sevinirəm ki, belə bir kollektivə sahibəm. Bu səbəbdən də, “Palmali” sadəcə, bir şirkətlər qrupunun adı deyil, böyük bir Ailədir. Ailənin müqəddəsliyi "Palmali”ni hər cür bəlalardan, çətinliklərdən qoruyub və qoruyacaqdır",- Mübariz Mənsimov "Facebook" səhifəsində yazıb.

 

SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET


® Finans

22.10.2018 14:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ