Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Antalyada "Azərbaycan soğanı" razılaşması

iç səhifə xəbər başlığı altı (mobil)_31
Antalyada "Azərbaycan soğanı" razılaşması

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Səhmdar Cəmiyyətin nümayəndə heyəti oktyabrın 17-21 tarixlərində Türkiyənin Antalya şəhərində keçirilmiş "InterFresh-2018" kənd təsərrüfatı sərgisində iştirak edib.

 

ASC-dən "Marja"ya daxil olmuş məlumata görə, 25 ölkənin yaş və quru meyvə-tərəvəz istehsalçıları, kənd təsərrüfatı məhsullarının tədarükü, logistikası, təchizatı sahəsində fəaliyyət göstərən şirkətlərin qatıldığı sərgidə nümayəndə heyətinə İdarə Heyətinin sədri Əbülfət Qocayev rəhbərlik edib.

 

Nümayəndə heyəti sərgidə qabaqcıl şirkətlərlə işgüzar görüşlər keçirib, Azərbaycan məhsullarının xarici ölkə bazarlarına ixracı imkanlarını araşdırıb və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. 

 

Sərgi çərçivəsində Rumıniyanın “S.C. Contec Food S.R.L” şirkəti ilə görüş keçirilib. Aparılmış müzakirədə 100 ton soğanın Rumıniyaya ixrac olunması barədə razılıq əldə olunub. Bundan başqa, adıçəkilən şirkət üçün  Azərbaycanda istehsal olunan sarımsaq, bibər və digər məhsullar haqqında geniş məlumat təqdim olunub və nəticədə bir sıra məhsulların da ixracı haqqında ilkin razılığa gəlinib.

 

Qeyd edək ki, “S.C. Contec Food S.R.L” şirkəti 1952-ci ildə təsis edilib və Rumıniyada ən böyük konserv məhsulları istehsalçılarından biridir. 400 nəfərdən artıq işçisi olan şirkət 150 çeşiddə məhsul istehsal edir və “Tip”, “Rio”, “Bucovina Grande Familia”, “Master Fresh”, “Giani”, “Golden Line” kimi markalar adı altında dünya bazarlarına çıxarır.

 

İdarə Heyətinin sədri Ə.Qocayev tərəfindən  İtaliyanın “Advisor” şirkətinin rəhbəri Marco Carena ilə də görüş keçirilmiş və Azərbaycanda  yetişdirilən nar məhsulunun italiyan şirkəti vasitəsi ilə Avropa bazarlarına çıxarılaraq satışının təmin olunması qərara alınıb.

 

Müzakirədə Ə.Qocayev Azərbaycanda xarici investorlara dövlət səviyyəsində yaradılmış şərait haqqında geniş məlumat verib, dövlət səviyyəsində həyata keçirilən işlər xarici tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycandakı investisiya mühitini yüksək qiymətləndirən şirkət nümayəndələri  yaxın günlərdə yenidən görüş keçirilməsini təklif ediblər.

 

Sərgidə iştirak edən digər italiyan şirkəti “LS Fruit” da Səhmdar Cəmiyyətin nümayəndələri ilə görüş keçirib. Avropanın bir neçə ölkəsində filialı olan şirkət nümayəndələri Bolqarıstanda yerləşən filialı üçün soğan və sarımsaq məhsulları almaq fikrində olduqlarını bildiriblər. Hazırda bu məsələ ilə bağlı işçi qrupu səviyyəsində danışıqlar davam etdirilir.

 

Sərgi çərçivəsində “Egemas”,”Kapari”,”Neva Fresh”, “Pobeda”, “Food Logistics”, “Plasteks”, “Octohumi”,”Cantek Group”,”Başak”, “Bayandırlar”, “Gener”, “Tekasya”, “Özlertarım”, “Agrodrip”, “Sorma”,  “Finkum” “Europe”,”Netafim”, “Sunstream”,”Realife”,”Gencgüçsan”, “Mey-Pak” və digər şirkətlərlə işgüzar  görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq qurulması istiqamətində müzakirələr aparılıb.

22.10.2018 15:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ