Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

WTCA və Azexport anlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
WTCA və Azexport anlaşdı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünya Ticarət Mərkəzləri Assosiasiyasının (WTCA) Hindistan üzrə nümayəndə heyəti ilə görüş keçirilib.

 

Reklam_3_11

Mərkəzdən "Marja"ya daxil olmuş məlumata görə, görüş zamanı İİTKM-in "Azexport" portalının rəhbəri Zaur Qardaşov Azərbaycanda son illər ərzində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, ölkələr arasında təməli uzun illər öncə qoyulan münasibətlər getdikcə yüksələn xətt üzrə inkişaf edir. Z. Qardaşovun sözlərinə görə, TRASEKA və Şimal-Cənub nəqliyyat dəhlizi kimi regional layihələr çərçivəsində sıx əməkdaşlıq edir və çoxsahəli əlaqələrin inkişaf etdirilməsi üçün münbit zəmin vardır.

 

Dünya Ticarət Mərkəzləri Assosasiyasının (WTCA) Hindistan nümayəndəliyinin vitse prezidenti Someş Batra səfərdə olduğu müddət Azərbaycanla bağlı müsbət təəssürat əldə etdiyini bildirib. 


Görüşdə həmçinin WTCA-nın Hindistan şəbəkəsi üzərindən Azərbaycandan ixrac imkanları müzakirə edilib.

 

Görüşün sonunda Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) və Azexport arasında anlaşma memorandumu imzalanıb.

 

Qeyd edək ki, Dünya Ticarət Mərkəzləri Assosiasiyası (WTCA) 1968-ci ildə Nyu-York şəhərində Dünya Ticarət Mərkəzi yanında yaradılıb. Bu qurum beynəlxalq ticarətin genişləndirilməsi üçün Dünya Ticarət Mərkəzlərinin (WTC) yaradılması və effektiv fəaliyyətini nəzərdə tutan qeyri-kommersiya, qeyri-siyasi bir birlikdir. Hazırda WTCA 90 ölkədə 287-dən çox lisenziyalı Dünya Ticarət Mərkəzlərini, eləcə də 850,000-dən çox şirkət və fərdi üzvləri özündə birləşdirir.

22.10.2018 15:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ