Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Aqropark böyük toxumçuluq təsərrüfatı kimi fəaliyyət göstərəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aqropark böyük toxumçuluq təsərrüfatı kimi fəaliyyət göstərəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Aqropark Yaşıl Ada” Aqropark gələcəkdə böyük toxumçuluq təsərrüfatı kimi fəaliyyət göstərəcək.

 

Reklam_3_11

“Marja” xəbər verir ki, bunu Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimindəki çıxışında Biləsuvarda fəaliyyət göstərən “Aqropark Yaşıl Ada” MMC-nin icraçı direktoru Fərhad Bağırov bildirib.

  

F. Bağırov qeyd edib ki, təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş 3000 hektar ərazidə Arazın yeni qol-kanalından istifadə edilərək “Yaşıl Ada” aqroparkını yaradılıb: “Həmin ərazi əvvəllər qış otlaq sahəsi kimi istifadə edilib, yüksək keyfiyyətli bu torpaqlar baxımsız vəziyyətdə olub, orada meliorasiya və irriqasiya qurğuları olmayıb. Bu gün isə həmin ərazilərdə Sizin göstərişinizlə geniş meliorasiya işləri görülür, infrastruktur yaradılır.

 

Bu gün açılışına toplaşdığımız Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi müəllifi olduğunuz mühüm layihələrdən biridir. Bu layihənin reallaşdırılması tarixi hadisədir, kənd təsərrüfatı işçilərinə, aqrar sahəyə investisiya yatıran sahibkarlara çox dəyərli töhfədir. Bu layihə ilə Muğan torpaqlarına yeni nəfəs, yeni həyat verdiniz.

 

Bu layihə Biləsuvar rayonunun 10356 hektar əkin sahəsini əhatə edəcək. Bunun 3000 hektarı “Yaşıl Ada” aqroparkının istifadəsinə verilmiş torpaq sahələridir. Məruzə edirəm ki, aqroparkın ərazisində zəruri infrastrukturun yaradılması, torpaqların əkinə, yüksək məhsuldarlığa hazırlanması ilə bağlı bir çox işlər görülüb və hazırda da bu işlər davam etdirilir. Belə ki, 10 min tonluq anbar, ofis binası, işçilərin istirahətini təmin etmək üçün 6 tarla düşərgəsi tikilib, 8 kilometr elektrik xətti çəkilib, 100 kvt-lıq transformator quraşdırılıb, 10 kilometr suvarma kanalı təmizlənib, aqroparka gedən 18 kilometr yol təmir olunub, 60 kilometr sahələrarası yollar təmir olunaraq yararlı vəziyyətə gətirilib.

 

Aqroparka İqtisadiyyat Nazirliyi tərəfindən 7 milyon manat dəyərində investisiya təşviqi sənədi verilib. 2019-cu ildə aqroparkın birinci mərhələsinin istifadəyə verilməsi nəzərdə tutulur. İlkin mərhələdə 1000 hektar ərazidə müasir suvarma - pivot sistemləri quraşdırılacaq. Aqroparkın ərazisinə 6,5 kilometr beton su kanalının, 21 kilometrlik elektrik xəttinin çəkilişi planlaşdırılır. Aqropark gələcəkdə böyük toxumçuluq təsərrüfatı kimi fəaliyyət göstərəcək”.

22.10.2018 20:55

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ