Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“MKT” taxıl əkini sahələrini genişləndirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
“MKT”  taxıl əkini sahələrini genişləndirəcək

“MKT” İstehsalat Kommersiya MMC taxıl əkini sahələrini genişləndirməyi nəzərdə tutur.

 

“Marja” xəbər verir ki, bunu Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimindəki çıxışında “MKT” İstehsalat Kommersiya MMC-nin İmişli filialının direktoru Oqtay Gülmalıyev bildirib.

 

O, “Müəssisəmizə dövlət qayğısı sayəsində 3800 hektar sahədə iri taxılçılıq təsərrüfatının yaradılmasına 5 milyon manat güzəştli kredit ayrılıb” deyərək çıxışına belə davam edib:

 

“Ümumilikdə 8,8 milyon manat olmaqla, fermerlərlə bağlanmış müqavilə əsasında 5200 hektarda pambıq, 800 hektar sahədə isə arpa və buğda əkilib. Taxıl sahələrində hər hektardan orta hesabla təxminən 45-55 sentner məhsul əldə edilib. Ona görə də şirkətimiz taxıl əkini sahələrinin genişləndirilməsini nəzərdə tutur. Bundan əlavə, indiyədək 10 min ton pambıq yığılıb. Sahələrdə məhsulumuz boldur və hər hektardan 24 sentnerdən çox pambıq gözləyirik”.

22.10.2018 20:59

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ