Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tramp: Səudiyyə Ərəbistanının açıqlaması məni qane etmədi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: Səudiyyə Ərəbistanının açıqlaması məni qane etmədi

ABŞ Prezidenti Donald Tramp, səudiyyəli jurnalist Cemal Kaşıkçının öldürülməsi ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən verilən açıqlamadan qane olmadığını bildirib.


 

Daha əvvəl Səudiyyə Ərəbistanının Cemal Kaşıkçıya dair verdiyi açıqlamanın "inandırıcı" olduğunu bildirən Tramp, bu dəfə açıqlamadan "qane olmadığını" deyib.

 

"Marja" xəbər verir ki, Tramp, Ər-Riyad rəhbərliyinin istintaq üçün bir aylıq müddət istədiyini bildirərək, "Bu, çox uzun bir müddətdir, buna ehtiyac yoxdur",- deyib.

 

Donald Tramp jurnalistlərə verdiyi açıqlamada Kaşıkçı hadisə ilə bağlı qısa müddət ərzində daha çox məlumat alacaqlarını deyib.
 

Tramp etdiyi açıqlamada, "Nələr olduğunu qısa müddət ərzində öyrənəcəyəm. Çünki hazırda Türkiyədə və Səudiyyə Ərəbistanda çox istedadlı qruplar var. Çox yaxın zamanda öyrənəcəyik. Bu işləri çox yaxşı həll edən, inanılmaz istedadlı insanlarımız var. Bu gecə və ya sabah geri qayıdırlar və qısa müddət ərzində nələr olduğunu öyrənəcəyəm. Bu ana qədər eşitdiklərim məni qane etmədi",- ifadələrini istifadə edib.
 

Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı ticarət müqavilələrini də yenidən gündəmə gətirən Tramp, 110 milyard dolları hərbi ləvazimatlar olmaqla 450 milyard dollarlıq müqavilələrdən imtina etməyi düşünmədiyini də bildirib.

 

CİA DİREKTORU TÜRKİYƏYƏ GƏLİR

 

ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (CIA) direktoru Gina Haspelin, İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülən jurnalist Cemal Kaşıkçıilə bağlı istintaq kontekstində danışıqlar aparmaq üçün bu gün Türkiyəyə səfər edəcək.

 

KAŞIKÇI  HADİSƏSİ
 
Səudiyyə Ərəbistanı, 2 Oktyabrda İstanbul Baş Konsulluğuna girdikdən sonra xəbər alınmayan Kaşıkçının  "konsulluq binasında baş verən dava-dalaş nəticəsində öldüyünü" açıqlamışdı.
 

Açıqlamada, Cemal Kaşıkçının İstanbul Baş Konsulluğuna gəldiyi zaman burada olan "başqa Səudiyyə vətəndaşları ilə mübahisə başladığı, mübahisənin davaya çevrilməsi və bunun nəticəsində Kaşıkçının öldüyü" iddia edilmişdi.

23.10.2018 05:44

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ